SON XƏBƏRLƏR

"Ərdəbil şəhərinin ətraflı planı tərtib edilməlidir"- Millət vəkilindən rəsmi qurumlara çağırış

2022.01.06, 14:35
"Ərdəbil şəhərinin ətraflı planı tərtib edilməlidir"- Millət vəkilindən rəsmi qurumlara çağırış

Gunaz.tv

O, deyib ki, bu günə kimi bu planın işlənməməsi ərdəbillər üçün çoxlu sayda problemlər yaradıb.

“40 ildir ki, şəhərin bir çox bölgələrində, mərkəzi məhəllələrdə və sonradan tikilən yaşayış məntəqələrində çeşidli çatışmazlıqlar və problemlər mövcuddur. Bunların şəhərin ətraflı planının hazırlanması üçün araşdırılması lazımdır”-deyə, S.Səfəri bildirib.

Şəhərdə yetərincə yaşıllıq zolaqlarının olmadığını, qanunsuz və qeyri-standart tikililərin çox olduğunu deyən S.Səfəri bildirib ki, şəhər daxilində istifadəsiz torpaq sahələri var. 

O, kanalizasiya, nəqliyyatın da bərbad durumda olduğunu bildirib,  yollar və keçidlərin genişləndirilməsinin vacibliyini qeyd edib.

S.Səfərinin sözlərinə görə, bu kimi oxşar məsələlərin Ərdəbildə qaydasına salınmalıdır.

Qeyd edək ki, infrastruktur Ərdəbil şəhərinin böyüməsi ilə uyğun inkişaf etmədiyi üçün şəhərdə bir çox sahələrdə problemlər əhalinin həyatını çətinləşdirib.

Bundan öncə Səlamət Səfəri ərdəbillilərin kanalizasiya və nəqliyyat parkının durumundan narazı olduğunu bildirmişdi.

“Əhalinin əsas tələblərdən biri Ərdəbil şəhərinin kanalizasiya sisteminin yenilənməsi və genişləndirilməsidir.

Ərdəbilin parlamentdəki nümayəndələri bunun reallaşması ilə bağlı lazimi büdcənin əldə edilməsi istiqamətində addımlar atmalıdırlar”-deyə, S.Səfəri bildirib. 

C.E   

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar