SON XƏBƏRLƏR

Ərdəbil-Miyana dəmiryolu layihəsi yarımçıq qalıb: Hökumət pul ayırmır

2022.02.11, 10:20
Ərdəbil-Miyana dəmiryolu layihəsi yarımçıq qalıb: Hökumət pul ayırmır

Gunaz.tv

Ərdəbil əyalətinin valisi Hamid Amili bildirib ki, maliyyə ayrılacağı halda layihənin tikinti işləri sürətləndiriləcək.

2005-ci ildə təməlatma mərasimi keçirilən 175 kilometrlik dəmir yolunun tikintisi bu günə kimi dayandırılıb, podratçı şirkətlər ödəniş edilmədiyi üçün layihədə iştirakdan imtina ediblər.

Bu günə kimi müxtəlif dövrlərdə, özəlliklə prezident və parlament sekiləri ərəfəsində vacib layihənin tamamlanması ilə namizədlər tərəfindən verilən vədlərin heç biri yerinə yetilməyib.

Bundan öncə İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı üzrə Şirkətin başçısı Xeyrullah Xadimi 2021-ci ilin yanvar ayının əvvəllərində layihənin 83%-nın tamamlandığını və 2022-ci ilə kimi dəmir yolu xəttinin istifadəyə veriləcəyini bildirmişdi.

Verilən vaxtın bitməsinə baxmayaraq şirkət başçısı layihənin yenidən gecikdirildiyini və iyun-iyul aylarında başa çatdırılmasının proqnozlaşdırıldığını iddia edib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar