SON XƏBƏRLƏR

Ərdəbil kəndlərində su qıtlığı yaşanır-VİDEO

2022.01.26, 13:02
Ərdəbil kəndlərində su qıtlığı yaşanır-VİDEO

Gunaz.tv

Bir qrup kənd sakini sosial media vasitəsilə məsullara müraciət edib.

Onlar kənd əhalisinin su qıtlığı üzündən qablaşdırılmış mədən suyundan istifadə etməyə məcbur olduqlarını deyirlər.

Narazılar içməli qıtlığı ilə bağlı bu günə kimi etdikləri müraciətlərin cavabsız qaldığını, bu səbəbdən sakinlərdən bəzilərinin məcburyyət qarşısında kənddən köçməyə məcbur olduğunu bildirib.

İki həftə bundan öncə Ərdəbil şəhərinin başçısı (fərmandar) Məsud İmami Yeganə şəhərətrafı 22 kənddə içməli su olmadığını etiraf etmişdi.

Ərdəbilin Su və Kanalizasiya Şirkətinin başçısı Əlirza Nemət Sultani isə əyalətdə 400 kənddə içməli su probleminin olduğunu bildirib.

O, eyib ki, ümumilikdə əyalətin 991 kəndindən 400-də su kəmərləri yoxdur. Onun sözlərinə görə, su qaynaqların quruduğu üçün 300 min nəfər içməli su qıtlığı yaşayır.

“Qeyd olunan kəndlərin içməli su probleminin əsaslı həlli üçün 540 milyard tümən vəsaitə ehtiyac var. Ancaq yetərli budcə ayrılmadığı üçün içməli su çatışmazlığının həlli mümkün olmayacaq”-deyə, Əlirza Nemət Sultani bildirib.

C.E
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar