SON XƏBƏRLƏR

Ərdəbil və Təbriz Universitetlərində tətil aksiyası keçirilir

2022.10.05, 10:40
Ərdəbil və Təbriz Universitetlərində tətil aksiyası keçirilir

Gunaz.tv

Təbriz və Ərdəbil şəhərlərinin Tibb Elmləri Universitetlərində təhsil alan öyrəncilər dərsləri dayandırıblar.

Onlar, öyrənci dostlarının həbs edilməsinə, dinc etirazçılara qarşı sərt repressiyalara etirazlarının bildirir və narazı xalqla həmrəylik nümayiş etdirirlər.

Bundan öncə onlarla Universitetin, o cümlədən Urmu, Təbriz, Ərdəbil, Zəngan və başqa Azərbaycan şəhərlərinin öyrənciləri bəyanat yayaraq tətilə başladıqlarını bildiriblər.

Onlar bəyanatlarında müəllim heyətini etirazçılara qoşulmağa çağırıb və ali təhsil ocaqlarında təhlükəsizlik şərayitinin ləğv edilmədiyi, öyrəncilərin azadlığa buraxılmadığı müddətdə aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar