SON XƏBƏRLƏR

Ərdəbiln su və kanalizasiya problemi- Valinin müavini iş adamlarına çağırış etdi

2021.11.17, 08:45
Ərdəbiln su və kanalizasiya problemi- Valinin müavini iş adamlarına çağırış etdi

Gunaz.tv

O, bunun bunun bir çox bğlgələrdə, özəlliklə əyalət mərkəzində içməli su çatışmazlığının yaranmasına səbəb olduğunu deyib.

“Bölgənin su probleminin həlli yönündə ən azı 25 illik ekspert rəyi ilə ərazidə su təchizatı üçün mövcud ehtiyatlar müəyyən edilməli və öyrənilməlidir”-deyə, Mircəfəriyan məsələ ilə bağlı keçirilən toplantıdakı çıxışında bildirib.

Əyalətdə kanalizasiya probleminin də olduğunu vurğulayan Mirkəmaləddin Mircəfəriyan deyib ki, sənaye müəssisələrinin sahibləri bu sahədə olan problemlərin həll olunması üçün investisiya yatırmalıdır.

Bir neçə gün bundan öncə Ərdəbil şəhərinin Fərmandarı Məsud Yeganə şəhərdə içməli su çatışmazlığının böhran səviyyəsinə çatdığını deyib.

Ərdəbilin Su və Kanalizasiya Şirkətinin başısı Əlirza Nemət Sultani isə əyalətdə 400 kənddə içməli su probleminin olduğunu qeyd edib.

Onun verdiyi məlumata görə, əyalətdə 400 kənddə içməli su problemi var. Ümumilikdə isə əyalətin 991 kəndindən 400-də su kəmərləri olmadığı və su qaynaqlarının quruduğu üçün 300 min nəfər içməli su qıtlığı yaşayır.

“Qeyd olunan kəndlərin içməli su probleminin əsaslı həlli üçün 540 milyard tümən vəsaitə ehtiyac var. Ancaq yetərli budcə ayrılmadığı üçün içməli su çatışmazlığının həlli mümkün olmayacaq”-deyə, Əlirza Nemət Sultani bildirib.

C.E
 

معاون استاندار: شهرستان اردبیل با کمبود آب شرب مواجه است

Mirkəmaləddin Mircəfəriyan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar