SON XƏBƏRLƏR

Ərdəbil valisi Azərbaycanla münasibətlərdən danışdı: “Üçüncü qüvvələr əlaqələrimizə mane olur"

2021.10.20, 07:36
Ərdəbil valisi Azərbaycanla münasibətlərdən danışdı: “Üçüncü qüvvələr əlaqələrimizə mane olur"

Gunaz.tv

Vali İran-Azərbaycan əlaqələrindən danışıb.

Ərdəbil valisi deyib ki, hazırda iki ölkə arasındakı münasibətlər əvvəlkindən daha möhkəmdir.


“İran millətinin, o cümlədən də Ərdəbil əyalətinin əhalisinin uzun illərdən bəri Azərbaycan Respublikası xalqı ilə dərin əlaqələri və qohumluq münasibətləri var və bu əlaqələr heç vaxt kəsilməyib, zəifləməyib. 


Hər iki ölkənin müxtəlif sahələrdə, o cümlədən də mədəni sahədə köklü əlaqələri həmişə olub və bu günə qədər hər hansı bir problem olmadan ölkələrimiz arasında qarşılıqlı gediş-gəlişlər həmişə mövcud olub.

Bu isə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə və turizmin inkişafına səbəb olub. 


Lakin təəssüflər olsun ki, bəzi mənfəətpərəst şəxslərin və ya üçüncü qüvvələrin ölkələrimiz arasında olan bu yaxın əlaqələri görməyə gözü yoxdur və buna dözə bilmirlər. Onlar şayiələr yaymaqla və bəzi nalayiq hərəkətlər etməklə bizim aramızdakı bu əlaqələri pozmağa çalışırlar.

Lakin xoşbəxtlikdən hər iki ölkənin əhalisi ayıq-sayıq tərpənərək bu münasibətləri əvvəlkindən daha möhkəm şəkildə qoruyub saxlayırlar".

Vali ölkəsinin 44 günlük Vətən müharibəsində tutduğu mövqeyə də aydınlıq gətirib. 


"Bizim insanlar ölkə liderinin təkidi ilə İkinci Qarabağ Savaşında Azərbaycan Respublikasını dəstəklədilər və bu dəstəyi hələ də davam etdirirlər.

Hökumətin xarici siyasətinin əsas prioritet istiqamətini isə qonşularla yaxşı münasibətlər qurmaqdır.

Bu baxımdan hesab edirik ki, bizim şimal qonşumuzla (Azərbaycan Respubliksı ilə-red) iqtisadi əlaqələrimiz gündən-günə yaxşılaşaraq daha da genişlənəcək.


Güman edirəm ki, hər iki ölkə əhalisi əcnəbilərin yaydığı şayiələrə fikir və önəm verməməlidir və biz keçmişdə olduğu kimi sərhədlərdə sabitlik və təhlükəsizliyin qorunub saxlanılmasına çalışırıq"-deyə, vali bildirib.


Seyid Hamid Amili bildirib ki, yaxın gələcəkdə isə Azərbaycan Respublikasının bir dostluq heyəti İrana səfər edəcək.

"Ölkələrimiz arasındakı iqtisadi, siyasi və dostluq əlaqələri ikiqat artaraq güclənəcək”, -deyə, Ərdəbil valisi vurğulayıb.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar