SON XƏBƏRLƏR

“Qadağalara məruz qalmış siyasi məhbus Abbas Lisani”-Ərdəbildə aksiya keçirilib

2021.11.20, 09:10
“Qadağalara məruz qalmış siyasi məhbus Abbas Lisani”-Ərdəbildə aksiya keçirilib

Gunaz.tv

Milli fəalalr şəhərin müxtəlif yerlərində divarlara Abbas Lisaninin simvolik fotosu əks olunan qrafitlər çəkiblər.

Qrafitlərdə “Qadağalara məruz qalmış siyasi Məhbus Abbas Lisani” yazısı qeyd olunub.

Son günlər Lisaninin sağlıq durumunun kəskin ağırlaşması ilə bağlı milli-mədəni fəallar ona müxtəlif vasitələrlə dəstəklərini ifadə ediblər. 

Fəallar məhkəmə sistemi, təhlükəsizlik orqanları və zindan məsullarına siyasi məhbusa qarşı ədalətsiz yanaşmalarına görə etirazlarını bildiriblər.

Noyabrın 18-də də Ərdəbil şəhərinin milli-mədəni fəalları Abbas Lisaniyə dəstək məqsədilə aksiya keçiriblər.

Abbas Lisaninin fotoları olan afişa və banerlər şəhərin müxtəlif yerlərində yapışdırılıb.

Banerlərdə onun sağlıq durumundan narahatlıq ifadə edilib, zindan, təhlükəsizlik və məhkəmə məsullarının məhbusun həyatına qarşı laqeydliyinə qarşı etiraz bildirilib.

Ərdəbilin yerüstü piyada keçidləri və divarlarına asılan baner və afişalarda “Azərbaycanın tanınmış milli qəhrəmanının canı təhlükədədir” məzmunlu şüarlar yazılıb.

C.E

 

Açıklama yok.

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar