SON XƏBƏRLƏR

Ərdəbildə Abbas Lisaniyə dəstək aksiyası keçirilib

2021.12.02, 08:45
Ərdəbildə Abbas Lisaniyə dəstək aksiyası keçirilib

Gunaz.tv

Onlar Ərdəbil zindanının 7-ci bölməsində 15 illik həbs cəzasını çəkən Lisaninin sağlıq durumundan nigəranlıqlarını bildirib, zindan, təhlükəsizlik və məhkəmə məsullarının məhbusun həyatına qarşı laqeydliyinə etiraz ediblər.


Abbas Lisani və ərdəbil prokuroru Seyid Abdullah Təbatəbainin fotoları təsvir olunan baner və afişalarda “Azərbaycanın tanınmış fəalının həyatı təhlükədədir, baş verə biləcək nəticələrə görə Ərdəbil Prokuroru və Məhkəmə Sisteminin məsulları məsuliyyət daşıyır” sözləri yazılıb.


Abbas Lisaninin sağlıq durumunun ağırlaçşması son günlıər milli fəalların və insan haqları təşkilatlarının nigəranlığına və bu yöndə etiraz fəaliyyətlərinin çoxalmasına səbəb olub.


Bununla bağlı Güney Azərbaycanın müxtəlif şəhərlərində fərqli aksiyalarla siyasi məhbusa dəstək aksiyaları keçirilib və hökumətə etiraz ifadə olunub.


Şiddətli bel və diz ağrılarından əziyyət çəkən Abbas Lisaniyə həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramır.


Zindanın tibb məntəqəsində onun müalicəsi üçün yetərli imkan olmamasına baxmayaraq, təhlükəsizlik orqanlarının müdaxiləsi nəticəsində siyasi məhbusun zindandan qıraqda müalicəsinə imkan verilmir.


Ədliyyə Tibb Mərkəzinin həkimi təkidlə bildirib ki, o, tezliklə müayinə olunmalı, analizlərinin nəticələri yoxlanılmalı və mütəxəssis həkim tərəfindən müalicə edilməlidir.


Bundan bir müddət öncə şiddətli Abbas Lisani zindan həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramadığı üçn silahlı məmurların müşayiəti ilə Ərdəbilin "Fatimi" xəstəxanasına aparılıb, orada analizlər verdikdən sonra zindana geri qaytarılıb.  
  
Koronavirus pandemiyası başlayandan İran həbsxanalarında dəfələrlə yoluxma halları müşahidə edilsə də, məhkəmə sistemi və həbsxana rəsmiləri, bir sıra fəalları, o cümlədən Abbas Lisanini məzuniyyətə buraxmaqdan imtina ediblər.


2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.


Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib. Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.


Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə bağlı iddiasını rədd edib.


Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

 


C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar