SON XƏBƏRLƏR

Ərdəbildə divarlara Abbas Lisaniyə dəstək şüarları yazıldı: “Azərbaycan qəhrəmanlarına hər zaman arxa duracaq"

2022.02.05, 07:20
Ərdəbildə divarlara Abbas Lisaniyə dəstək şüarları yazıldı: “Azərbaycan qəhrəmanlarına hər zaman arxa duracaq"

Gunaz.tv

Divarlara “Azərbaycan milləti amacları yolunda addım atan qəhrəmanlarına hər zaman arxa duracaq”, “#Azərbaycan milli-mədəni fəallarına azadlıq,  Azərbaycan milli hərəkəti-Ərdəbil” məzmunlu şüarlar yazıb, plakatlar asıblar.

Plakatda Abbas Lisaninin fotosu ilə yanaşı Güney Azərbaycan və İranın müxtəlif şəhərlərində məhkumluq dövrünü yaşayan daha 7 milli-mədəni fəalın, o cümlədən Əkbər Azad, Tohid Əmirəmini, Əlirza Fərşi, Məhəmməd Eyni. Əli və Rza Vasiqi qardaşları, Əkbər Nəiminin fotoları əks olunub.

Bundan öncə fvralın 3-də gecə saatlarında Təbrizdə bir qrup milli-mədəni fəal siyasi məhbus Abbas Lisaniyə dəstək aksiyası keçirib.

Fəallar şəhərin müxtəlif məhəllələrində divarlara, keçidlərə və ictimai yerlərə Abbas Lisaninin fotosunu və üzərində “Abbas Lisanini azad edin”, “Biz hamımız Lisaniyik” şüarı yazılan afişalar yapışdırıblar.

Qeyd edək ki, son günlər İran zindanlarında koronovirusun yeni ştammı Omikrona yoluxma halları artıb və bir çox məhbusun həyatı təhlükə qarşısındadır.

Tehranın “Evin” zindanında saxlanılan milli fəal Tohid Əmirəmini yanvarın 29-da ailəsi ilə qısa telefon danışığı zamanı “Evin” zindanının 4-cü bölməsində koronavirusun Omikron ştammına yoluxanların sayının artdığını deyib.

“Evin” zindanının adı çkilən bölməsində başqa azərbaycanlı siyasi məhbus Əkbər Nəiminin durumundan dəqiq məlumat əldə etmək mümkün olmasa da, onunda koronavirusa yoluxduğu ehtimal edilir.

2020-ci ildə pandemiyanın geniş yayıldığı günlərdə İran zindanlarında tibbi imkanların və avadanlıqların, dərman preparatlarının azlığı, çox sayda məhbusun kiçik kameralarda saxlanılması minlərlə məhbusun koronavirusa yoluxmasına, onlarla məhbusun həyatını itirməsinə səbəb olub.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar