SON XƏBƏRLƏR

Ərdəbildə diabet xəstələri dərman çatışmazlığından əziyyət çəkir

2021.11.13, 13:19
Ərdəbildə diabet xəstələri dərman çatışmazlığından əziyyət çəkir

Gunaz.tv

Qeyd edək ki, son statistikaya görə, Ərdəbil əyalətində 30 yaşdan yuxarı 27 min nəfər şəkərli diabet xəstəsi var. 

Ərdəbil Tibb Elmləri Universitetinin səhiyyə işləri üzrə rəis müavini Məhəmməd Cəfərzadə noyabrın 13-də mediaya verdiyi açıqlamada diabet xəstələrinin qeyd olunan rəqəmdən daha çox ola biləcəyini deyib.

O, diabet xəstələrinin dəqiq sayını müəyyən etmək üçün əhalini tibb məntəqələrinə gedib müayinə olunmağa səsləyib. 

Bundan öncə Ərdəbil və Şərqi Azərbaycan əyalətlərinin Tibb Universitetləri və müstəqil səhiyyə fəalları diabet xəstələrinin dərman preparatları tapmaqda çətinlik çəkdiyini bildirib.

Məsələ ilə bağlı açıqlama verən İran parlamentinin Səhiyyə Komissiyasının üzvü Cəlil Mirməhəmmədi insulin qıtlığını bu preparatın xarici ölkələrə qanunsuz yollarla keçirilməsi ilə əlaqələndirib.

İran Diabet Assosiasiyasının İdarə Heyətinin sədri Əsədullah Rəcəb isə İranda insulin çatışmazlığının olmadığını iddia edən rəsmilərə cavab olaraq bildirib ki, ölkə daxilində insulin istehsal edilir.

Ancaq keyfiyyətli xarici insulin və dərman preparatlarının tədarükü sahəsində ciddi problemlər var.

C.E 

فیلم/ مصاحبه با معاون امور بهداشتی دانشگاه علوم پزشکی اردبیل در رابطه با  جشنواره قرآنی هدهد - معاونت فرهنگی و دانشجویی وزارت بهداشت

Məhəmməd Cəfərzadə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar