SON XƏBƏRLƏR

Ərdəbildə işçilər etiraz aksiyası keçirir-VİDEO

2021.11.16, 15:18
Ərdəbildə işçilər etiraz aksiyası keçirir-VİDEO

Gunaz.tv

Sinfi fəallar və sosial media fəallarının yaydığı məlumat və görüntülərdə ərdəbilli işçilərin əmək haqlarının ödənilməməsinə etiraz əlaməti olaraq aksiya keçirdikləri bildirilir.

Öyrənci təşkilatı fəallarından olan Məhəmmədəmin Əbd İmaninin verdiyi məlumata görə, “Səbəlan parça” fabrikinin işçiləri 3 aydır əmək haqlarının ala bilmirlər.

O, bunun son vaxtlar işçilərin eyni problemə görə, əl atdıqları neçənci aksiya olduğunu qeyd edib.

“Fabrik rəhbərliyinin dediyinə görə, qəbul edilən qaydalara əsasən fabrik işçilərin əmək haqlarını ödəyə bilmədiyi təqdirdə vali, fərmandar və əyalət prokuror birlikdə toplantı keçirib və işçilərə əmək haqlarının nə vaxt ödəniləcəyi barədə söz verməlidirlər. Ancaq belə olmadıqda işçilərin işi tətil etmələri istehsalın dayanması və fabrikin müflisləşməsinə səbəb olur”-deyə, Əbd İmani fabrik rəhbərliyinə istinadən yaydığı məlumatda bildirib.   

O,bununla yanaşı işçilərin fabrikin mühafizə xidməti əməkdaşlarının işçiləri, xüsusilə xanım işçiləri pis ifadələrlə təhqir etdikləri üçün kişi işçilərlə mühafizəçilər arasında qarşıdurma yarandığını qeyd edib.

Bundan öncə İran prezidenti İbrahim Rəisinin Ərdəbilə səfəri zamanı “Səbəlan parça” fabrikinin problemləri onun iştirak etdiyi iclasda irəli sürülmüşdür.

Rəisi və onun komandası problemin dərhal aradan qaldırılması ilə bağlı vəd versələrdə heç bir müsbət addım atılmayıb.

Qeyd edək ki, oktyabr ayının 14-də də fabrik işçiləri tətil aksiyasına başlamışdılar.

Aylardır əmək haqlarının ödənilmədiyini bildirən işçilər bununla bağlı açıqlama verilməsini tələb etmişdilər. 

Onlar eyni zamanda fabrikdə əmək təhlükəsizliyinin qorunmadığına etiraz eidb və qeyd etmişdilər ki, bununla bağlı rəhbərlik tərəfindən hər hansı təlimat verilməyib.

İranın və Yaxın Şərqin ən böyük parça istehsalı müəssisələrindən biri olan “Səbəlan parça” fabrikinin icraçı dirrektoru Ənvər Hicaziniya mətbuata verdiyi açıqlamada əmək haqları ilə bağlı yaranmış problemin məsuliyyətini əməkdaşlıq etdikləri bankın üzərinə ataraq məsuliyyət daşımadığını demişdi.

İcraçı dirrektor bundan əlavə ticarət kartlarının verilməsi məsələsində ortaya çıxan maneələrin və Sosial Müdafiə İdarəsi tərəfindən törədilən inzibati əngəllərin də fabrikin fəaliyyətində problemlər yaratdığını söyləmişdi.

Qeyd edək ki, hal-hazırda “Səbəlan parça” fabrikində 1500 işçi çalışır və onların bir çoxu işçilər üçün qanunla nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilmirlər.

C.E 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar