SON XƏBƏRLƏR

Ərdəbildə işçilərin tətil aksiyası davam edir

2021.11.18, 09:42
Ərdəbildə işçilərin tətil aksiyası davam edir

Gunaz.tv

Bir neçə gün bundan öncə tətil aksiyasına əl atan işçilər tələblərinin yerinə yetirilmədiyi üçün aksiyanı dayandırmayıblar.

Sosial media fəallarının yaydığı məlumata görə, ərdəbilli işçilər əmək haqlarının ödənilməməsinə etiraz əlaməti olaraq aksiya keçirirlər.

Qeyd edək ki, oktyabr ayının 14-də də fabrik işçiləri tətil aksiyasına başlamışdılar.

Aylardır əmək haqlarının ödənilmədiyini bildirən işçilər bununla bağlı açıqlama verilməsini tələb etmişdilər. 

Fabrikdə əmək təhlükəsizliyinin qorunmadığına etiraz edən narazılar bildirib ki, bununla bağlı rəhbərlik tərəfindən hər hansı təlimat verilməyib.

Bundan öncə İbrahim Rəisinin Ərdəbilə səfəri zamanı “Səbəlan parça” fabrikinin problemləri müzakirə olunsada, məsələnin həlli istiqamətində hər hansı addım atılmayıb.

Hal-hazırda “Səbəlan parça” fabrikində 1500 işçi çalışır və onların bir çoxu işçilər üçün qanunla nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilmirlər.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar