SON XƏBƏRLƏR

Ərdəbildə 120 kənd susuz qalıb

2021.10.20, 07:36
Ərdəbildə 120 kənd susuz qalıb

Gunaz.tv

"Fars" xəbər agentliyinə müsahibə verən bölgə sakinlərindən biri Fərhad Qasimi bildirib ki, məsulların içməli su probleminin aradan qaldırılması ilə bağlı verdiyi vədlərin heç biri yerinə yetirilməyib. 

“Kəndlilər içməli suya olan ehtiyaclarını səyyar su tankerləri vasitəsilə təmin edir, vəsaiti isə özləri ödəyirlər.

Bölgənin bütün kəndlərində su qıtlığı yaşanır. Problemin 10 ildir davam etməsinə baxmayaraq əlaqədar qurumlar məsələnin həlli istiqamətdə ciddi addım atmayıb. Yalnız vəd veriblər"-deyə, F.Qasimi bildirib.

Kənd sakini deyib ki, əhalinin müraciətləri və etirazları nəticəsində 2009-cu ildə bir qrup məsul və millət vəkillərinin bölgəyə səfər edib,  əhaliyə yaxın vaxtlarda su kəmərlərinin çəkilişi ilə bağlı vəd verib.

Lakin 12 il ərzində heç bir iş görülməyib.

Məsələ ilə bağlı münasibət bildirən Biləsuvar bölgəsinin İran parlamentindəki nümayəndəsi Abbas Cahangirzadə su çatışmazlığının olduğunu təsdiqləyib.

Millət vəkili bundan öncəki vədləri təkrar edərək yaxın vaxtlarda içməli və kənd təsərrufatına lazım olan su probleminin aradan qaldırılacağı ilə bağlı tədbirlər görüləcəyini iddia edib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar