SON XƏBƏRLƏR

Ərdəbildə iş qəzalarında ölənlərin sayı artıb

2022.03.03, 11:20
Ərdəbildə iş qəzalarında ölənlərin sayı artıb

Gunaz.tv

Ərdəbil əyalətinin Tibbi Ekspertiza Mərkəzinin başçısı Əlirza Fərruxi mediaya verdiyi açıqlamada günəş ilinin 10 ayı ərzində əyalətdə baş verən iş qəzalarında ölənlərin sayını açıqlayıb.

Onun özlərinə görə, bu müddət ərzində 1-i qadın olmaqla 20 nəfər iş yerlərində baş verən qəzalar nəticəsində həyatlarını itiriblər.

O, ötən günəş ilinin oxşar dövründə bu sayın 14 nəfər və hamısının kişi olduğunu qeyd edərək, iş qəzaları qurbanlarının sayının 30% artdığını bildirib.

“Eyni müddətdə 597 nəfər iş yerlərində xəsarət aldıqları ilə bağlı Tibbi Ekspertiza Mərkəzinə müraciə ediblər. Bunlardan 26-ı qadın, 571 nəfəri isə kişi olub. Bu say ötən günəş ilinin ilk 10 ayında 503 nəfər idi”-deyə, Əlirza Fərruxi bildirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar