SON XƏBƏRLƏR

Ərdəbildə inflyasiya ölkə üzrə orta göstəricidən yüksəkdir

2021.11.10, 13:22
Ərdəbildə inflyasiya ölkə üzrə orta göstəricidən yüksəkdir

Gunaz.tv

Rəsmi məlumatdan Ərdəbildə inflyasiyanın İran üzrə ortalama göstəricilərdən daha yüksək olduğu, əyalətin cari ilin oktyabr ayında 41,6% inflyasiya göstərici ilə İranda 17-ci yerdə qərarlaşdığı görünür.

Statistika Mərkəzinin verdiyi rəqəmlərə əsasən son 12 ayda ölkə üzrə inflyasiya göstəricisi ortalama 45.4% olduğu halda, bu Ərdəbildə 48.1 faiz olub.

Ərdəbillə yanaşı Azərbaycanın başqa əyalətlərində də inflyasiya baxımından vəziyyət yaxşı deyil. 

Bundan öncə noyabrın 1-də Şərqi Azərbaycanın İqtisadi İşlər və Maliyyə Baş direktoru Ələsgər Abbaszadə əyalətin ölkədə yüksək inflyasiya səviyyəsinə malik əyalətlər arasında altıncı sırada yer aldığını demişdi.

O, əyalətdə infilyasiyanın 50%-i keçdiyini, bunun dövlətin pul və maliyyə siyasətlərinin nəticəsində baş verdiyini açıqlamışdı.

Oktyabr ayının əvvəlində İran Statistika Mərkəzinin yaydığı məlumatda, ölkədə 20 əyalətin əhalisi yaşayış göstəricilərinə görə səfillik səviyyəsində yaşadıqları bildirilib.

Mərkəzin hesablamalarına görə, İranın yalnız 8 əyaləti səfalət indeksi baxımından 60% -dən yuxarıda dayanır və səfil sayılmır. 

Bu hesablamada Şərqi Azərbaycan əyaləti 58.6 göstərici ilə səfil əyalətlər sırasında yer alıb.

İran Statistika Mərkəzinin son hesablamalarına görə, sentyabr ayının sonunda inflyasiya yüzdə 45,8, işsizlik nisbəti isə 9,6 faizə çatıb. 

C.E

اخبار علی اصغر عباس زاده - آخرین و جدیدترین خبر های علی اصغر عباس زاده

Ələsgər Abbaszadə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar