SON XƏBƏRLƏR

Ərdəbildə parkında aksiya: İran hökumətinin siyasətinə etiraz edildi

2022.01.08, 08:55
Ərdəbildə parkında aksiya:  İran hökumətinin siyasətinə etiraz edildi

Gunaz.tv

Aksiyada İran hakimiyyətinin korrupsioner və anti-türk siyasətinə etiraz edilib. Qeyd olunub ki, qiymətləri kəskin artması Azərbaycanda işçi sinfini və yoxsul əhalisini ağır duruma salıb.
Aksiyada "Azərbaycan Milli Hərəkatı" və "Ərdəbil” yazıları diqqət çəkib.

Qeyd edək ki, bahalıq, işçiszlik və ağır vergilər yerli əhalinin çəcburi şəkildə bölgədən başqa əyalətlərə köçməsinə səbəb olub.

Bundan öncə Ərdəbil Qeydiyyat İdarəsinin açıqladığı statistikaya görə, əyalətdə demoqrafik vəziyyət narahatedici səviyyədə dəyişib və cəmiyyətin artım göstəriciləri olduqca aşağı düşüb.

“Gənclərin gec evlənməsi, boşanma hallarının çoxalması, uşaq dünyaya gətirməyə marağın olmaması, tək övladlılığa üstünlük verilməsi, əyalətdən başqa yerlərə köçün çoxalması və digər faktorlar Ərdəbil əyalətində əhalinin sayının azalmasına səbəb olan əsas amilləridir”-deyə, Ərdəbil əyalətinin Qeydiyyat İdarəsinin başçısı Şəhram Rəsuli qeyd edib. 

Rəsmi statistikaya görə, hal-hazırda Ərdəbil əyalətinin əhalisi 1 milyon 325 min 269 nəfərdir. 

Onların 927 min 688 nəfəri şəhərlərdə, 397 min 581 nəfəri kəndlərdə yaşayır. Əyalət sakinlərinin 676 min 351 nəfəri kişi, 648 min 918 nəfəri isə qadınlardan ibarətdir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar