Ərdəbildə kanalizasiya və nəqliyyat problemi: Səlamət Səfəri əhalinin narazı olduğunu bildirib

27.12.2021, 17:23

Ərdəbilin Şəhər Şurasının mədəniyyət komissiyasının başçısı Səlamət Səfəri sakinlərin kanalizasiya və nəqliyyat parkının durumundan narazı olduqlarını bildirib.

Gunaz.tv Quote | Gunaz article

O, problemin həll olunmamış qalmasının etirazlarla qarşılandığını deyib.

“Əhalinin əsas tələblərdən biri Ərdəbil şəhərinin kanalizasiya sisteminin yenilənməsi və genişləndirilməsidir. Ərdəbilin parlamentdəki nümayəndələri bunun reallaşması ilə bağlı lazimi büdcənin əldə edilməsi istiqamətində addımlar atmalıdırlar”-deyə, komissiyanın başçısı bildirib.

Ərdəbil, Nir və Nəmin şəhərlərinin İran parlamentindəki nümayəndəsi Südeyf Bədrinin iştirakı ilə keçirilən toplantıda çıxış edən Səlamət Səfəri hazırkı dövrdə Ərdəbildə kanalizasiya probleminin ənənəvi üsullarla həll olunmasının təəssüf doğurduğunu söyləyib.

Ərdəbilin nəqliyyat parkının köhnəlib sıradan çıxdığını, yenilənməyə və yeni avtobuslarla təmin olunmağa ehtiyac duyulduğunu deyən Səfəri, bu məqsədlə yalnız 17 yeni avtobusun nəqliyyat parkının ixtiyarına veriləcəyinin nəzərdə tutulduğunu, bunun isə problemin həlli üçün heç bir əhəmiyyət daşımadığını qeyd edib.

Şəhər Şurasının üzvü və mədəniyyət komossiyasının başçısı çıxışının sonunda Ərdəbil şəhərinin yollarının bərbad vəziyyətdə olduğunu, şəhərin görünüşünün yaxşılaşdırılması üçün tədbirlər görülmədiyini, büdcə ayrılmadığını toplantı iştirakçıları və millət vəkilinin diqqətinə çatdırıb.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

XİN Laçın yolu ilə bağlı bəyanat yaydı –"Sərhəd-keçid məntəqəsi yaradılmalıdır"

2023-03-25

gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24