SON XƏBƏRLƏR

Ərdəbildə Almaniya vətəndaşı casusluq ittihamı ilə həbs edilib

2022.10.17, 03:45
Ərdəbildə Almaniya vətəndaşı casusluq ittihamı ilə həbs edilib

Gunaz.tv

Bu barədə İranın "Cam Cəm" qəzetinin "tvitter" hesabında məlumat yayılıb.

Məlumata görə, turist kimi Ərdəbilə gələn Almaniya vətəndaşı küçə etirazlarının təşkilatçıları ilə şübhəli əlaqələrinə görə həbs edilib.

Məlumatda saxlanılan Almaniya vətəndaşının kimliyi barədə açıqlama verilməyib.

Bundan başqa iki ay öncə qadağan edilmiş bölgələrdən foto çəkdiyi üçün həbs edilən Arvid Gerne adlı 66 yaşlı başqa bir Almaniya vətəndaşı da hazırda İranda saxlanılır.

Qeyd edək ki, bundan əvvəl İranda xalq etirazları ilə eyni vaxtda İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi 9 əcnəbi vətəndaşın həbs olunduğunu elan edərək, onları etirazların təşkil edilməsində iştirakda ittiham edib.

Bu açıqlamada həmin 9 xarici vətəndaşın Almaniya, Polşa, İtaliya, Fransa, Hollandiya, və İsveç vətəndaşları olduğu bildirilib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar