SON XƏBƏRLƏR

Ərdəbildə milli-mədəni fəallar Əfşar Moheblə görüş keçiriblər

2022.01.22, 07:42
Ərdəbildə milli-mədəni fəallar Əfşar Moheblə görüş keçiriblər

Gunaz.tv

Qedy edək ki, Əfşar Moheb yanvarın 19-da 50 milyon tümən girov qarşılığında məhkəməyə qədər sərbəst buraxılıb.

Əfşar Moheb saxlanılması və həbsdə üzlədiyi qanunsuzluqlardan danışıb.

Qanunda nəzərdə tutulan girov qarşılığında prokurorun onun azadlığa buraxılmasına icazə vermədiyini deyib.

O, həbsdə olduğu müddətdə milli-mədəni fəalların müxtəlif yollarla ona və ailəsinə dsətk verdiyini bildirib və bundan məmnun olduğunu ifadə edib.

Görüşdə gündəlik məsələlərdən və Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni problemlərdən bəhs edilib.  

Qeyd edək ki, ərdəbilli milli-mədəni fəal Əfşar Moheb ötən ilin dekabrın 22-də Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinin istintaq idarəsinə çağırıldıqdan sonra “sistemə qarşı təbliğat aparmaqda" və "hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğu üçün Ərdəbil zindanına köçürülüb.

Moheb bundan öncə 23 yanvar 2021-ci ildə iş yerindən çıxarkən təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və ETTELAAT təcridxanasına aparılaraq dindirilib, təhdid edilib və sonradan sərbəst buraxılıb.

C.E
 

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar