Südeyf Bəhzadə mediaya verdiyi açıqlamada Ərdəbil əyalətində 242 istehsal müəssisəsinin dayandığını deyib.
“Əyalətdə fəaliyyəti dayandırılan müəssisələrin çətinliklərinin çoxunluu bank problemləri, avadanlıqların köhnəlməsi, hüquqi məsələlər və xammalla təminatda yaranan maneələrlə bağlıdır.
Bütün ölkədə 12 min fəaliyyətsiz istehsalat müəssisəsinin 2%-i Ərdəbildə yerləşir”-deyə, Behzadə bildirib.
O, bununla yanaşı ölkə daxili və xaricdə məhsulların satış bazarının olmamasını, yeni sərmayələrin cəlb edilməməsini adı çəkilən müəssisələrin fəaliyyətsiz qalmasına səbəb olduğunu söyləyib.
C.E