SON XƏBƏRLƏR

Ərdəbildə siyasi məhbus Əfşar Mohebə dəstək aksiyası keçirilib

2022.01.05, 08:59
Ərdəbildə siyasi məhbus Əfşar Mohebə dəstək aksiyası keçirilib

Gunaz.tv

Şəhər küçərlərində divarlara milli məzmunlu şüarlar yazan milli fəallar bununla  Ərdəbil zindanında aclıq aksiyası keçirən siyasi məhbus Əfşar Mohebə dəstəklərini ifadə ediblər.

Küçələrdə divarlara “Azərbaycan amacları uğrunda addım atan qəhrəmanlarına hər zaman arxa duracaq”, ”Əfşar Mohebə azadlıq", “Zindanda aclıq edənlərin səsi olaq”, “Azərbaycanın siyasi məhbuslarına azadlıq”, “Azadlıq yolu zor, amma mümkün”,  "Abbas Lisani" və başqa bu kimi şüarlar yazılıb.

Qeyd edək ki, yanvarın 2-də ərdəbilli milli-mədəni fəal Əfşar Moheb aclıq aksiyasına başlayıb. Bu barədə milli fəal Ərdəbil zindanından ailəsi ilə qısa müddətli telefon danışığı zamanı məlumat verib.

Milli fəal deyib ki, prokurorun onun girov qarşılığında müvvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmasına maneçilik törətməsinə etiraz olaraq bu bu addımı atıb.

O, girov qarşılığında azadlığa buraxılmasına razılıq verilmədiyi təqdirdə yaxın günlərdə quru aclıq aksiyasına başlayacağını söyləyib.

Bundan öncə Əfşar Mohebin ailəsi dekabrın 25-də onun girov qarşılığında azadlığa buraxılması ilə bağlı Ərdəbilin Ümumi və İnqilab Məhkəməsinin istintaq idarəsinin 3-cü bölməsinə müraciət edib.

Onlar Əfşar Mohibin muvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılması üçün istənilən 50 milyon tümənlik girov qoymaq istəyiblər.

Sözügedən bölmənin başçısı Hatif Qasımzadə onlara qarşı kobud davaranaraq girovu qəbul etməkdən imtina edib, onları təhqir edərək geri qaytarıb.

Ərdəbilli milli-mədəni fəal Əfşar Mohib dekabrın 22-i günortadan sonra yaxınları ilə telefon əlaqəsi saxlayaraq həbs olunduğunu bildirib.

O, Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinin istintaq idarəsinə çağırıldıqdan sonra “sistemə qarşı təbliğat aparmaqda" və "hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğunu və Ərdəbilin mərkəzi zindanına köçürüldüyünü deyib. 

Milli fəal Ərdəbil zindanının karantin bölməsinə qəbul edildiyini və barəsində 50 milyon tümənlik girov qərarı çıxarıldığını qeyd edib. 
Əfşar Muhib qısa telefon danışığı zamanı həbs olunma səbəblərini izah edə bilməsə də, yazdığı məqalə və paylaşımlarının ittiham olunmasına səbəb olduğunu bildirib. 

Muhib bundan öncə 23 yanvar 2021-ci ildə iş yerindən çıxarkən təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və ETTELAAT təcridxanasına aparılaraq dindirilib. 

Onun saxlanılma və dindirilməsi barədə məhkəmə hökmü tələb etməsinə, qanunsuz saxlanılmasına etiraz etməsinə baxmayaraq, saxlanılma səbəbi və barədə heç bir məlumat ala bilməmiş və bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.  

C.E

Açıklama yok.

gun az article

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar