"Azərbaycan qəhrəmanının həyatı təhlükədədir"- Güneydə Abbas Lisaniyə dəstək aksiyası keçirilib-FOTOLAR, VİDEO

19.11.2021, 09:35

Noyabrın 18-də Ərdəbil şəhərinin milli-mədəni fəalları şəhər zindanının 7-ci bölməsində saxlanılan siyasi məhbus Abbas Lisaniyə dəstək məqsədilə aksiya keçiriblər.

Gunaz.tv Quote | Gunaz article

Abbas Lisaninin fotoları olan afişa və banerlər şəhərin müxtəlif yerlərində yapışdırılıb.

Banerlərdə onun sağlıq durumundan narahatlıq ifadə edilib, zindan, təhlükəsizlik və məhkəmə məsullarının məhbusun həyatına qarşı laqeydliyinə qarşı etiraz bildirilib.

Ərdəbilin yerüstü piyada keçidləri və divarlarına asılan baner və afişalarda “Azərbaycanın tanınmış milli qəhrəmanının canı təhlükədədir” məzmunlu şüarlar yazılıb.

Şiddətli bel və diz ağrılarından əziyyət çəkən Abbas Lisaniyə həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramır.

Zindanın tibb məntəqəsində onun müalicəsi üçün yetərli imkan olmamasına baxmayaraq, təhlükəsizlik orqanlarının müdaxiləsi nəticəsində siyasi məhbusun zindandan qıraqda müalicəsinə imkan verilmir.

Ədliyyə Tibb Mərkəzinin həkimi təkidlə bildirib ki, o, tezliklə müayinə olunmalı, analizlərinin nəticələri yoxlanılmalı və mütəxəssis həkim tərəfindən müalicə edilməlidir.

Bundan bir müddət öncə şiddətli Abbas Lisani zindan həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramadığı üçn silahlı məmurların müşayiəti ilə Ərdəbilin "Fatimi" xəstəxanasına aparılıb, orada analizlər verdikdən sonra zindana geri qaytarılıb.  
  
Koronavirus pandemiyası başlayandan İran həbsxanalarında dəfələrlə yoluxma halları müşahidə edilsə də, məhkəmə sistemi və həbsxana rəsmiləri, bir sıra fəalları, o cümlədən Abbas Lisanini məzuniyyətə buraxmaqdan imtina ediblər.

2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.
Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib. Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.

Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə bağlı iddiasını rədd edib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

C.E

 


Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildə torpaq çökməsi böhran həddinə çatıb

2021-12-08

gun az article

Qəzvin və Həmədanda tarixi yer və əşyalar qeydiyyata alınıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda AİDS xəstələrinin sayı açıqlandı

2021-12-08

gun az article

Həmədan və Qəzvin əyalətlərinin kəndlərində içməli su qıtlığı yaranıb

2021-12-08

gun az article

Millət vəkili qeyri-fars dillərində tədrisi təhlükəli adlandırıb

2021-12-08

gun az article

Mədəniyyət Nazirliyindən mürtəce qərar: Mərənddə kitab sərgisinə icazə verilmədi

2021-12-08

gun az article

Zənganda koronavirus statistikası təhrif olunur

2021-12-08

gun az article

Urmu İranın havası çirkli olan 10 şəhəri siyahısında

2021-12-08

gun az article

Təbrizdə Qacarlar dönəminə aid tarixi tikili dağılmaq üzrədir

2021-12-08

gun az article

Təbrizdə yol qəzalarında ölənlərin sayı artıb

2021-12-08

gun az article

Qərbi Azərbaycanda həbslər: Urmu Şəhər Şurasının üzvləri saxlanılıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

2021-12-07

gun az article

Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb

2021-12-07

gun az article

Binabın sənaye şəhərciyi ekoloji problem yaradır

2021-12-07

gun az article

Tikantəpənin “Afşar” xalça növü beynəlxalq qeydiyyata alınıb

2021-12-07

gun az article

Ərdəbil əyalətində şiddətli quraqlıq hökm sürür

2021-12-07

gun az article

Güney azərbaycanlı insan haqları müdafiəçiləri Cenevrədə çıxış ediblər

2021-12-07

gun az article

Yoxsulluq nəticəsində Urmuda dilənçilərin sayı çoxalıb

2021-12-07

gun az article

Qərbi Azərbaycanda on minlərlə şagird məktəbli ləvazimatından məhrumdur

2021-12-07

gun az article

Həmədanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-12-07