SON XƏBƏRLƏR

"Əxlaqsızlığı təbliğ etməkdə" suçlanan ərdəbilli sosial media fəalı saxlanılıb

2022.01.04, 14:02
"Əxlaqsızlığı təbliğ etməkdə" suçlanan ərdəbilli sosial media fəalı saxlanılıb

Gunaz.tv

Bu barədə İran mediası xəbər yayıb. Onun “instagram” sosial şəbəkəsində səhifə admini olduğu bildirilir.

Ərdəbilin İnternet və Texnologiyalar üzrə polis idarəsinin rəisi polkovnik Əli Qəhrəman Talenin verdiyi məlumata görə, saxlanılan şəxs idarə etdiyi sosial şəbəkə hesabında mankenlərin fotolarını yayıb.

O, sosial media fəalını “mankenlərin fotolarını yaymaqla əxlaqsızlığı və vulqarizmi təbliğ etmək”də günahlandırıb.

Polis rəisi saxlanılan fəalın kimliyi barədə açıqlama verməyib.

Lakin onun barəsində cinayət işinin açıldığını və ittiham olunan şəxsin məhkəmə orqanlarına təhvil verildiyini söyləyib.

C.E
 

هشدار رئیس پلیس فتا اردبیل درباره ارسال پیام‌های جعلی کلاهبرداران سایبری |  خبرگزاری ایلنا

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar