SON XƏBƏRLƏR

Ərdəbil əyalətində su xəttləri və kanalizasiya sistemi bərbad durumdadır

2022.01.15, 11:21
Ərdəbil əyalətində su xəttləri və kanalizasiya sistemi bərbad durumdadır

Gunaz.tv

O, Ərdəbil şəhərində yüzlərlə kilometr kanalizasiya xətlərinin çəkilməsinə ehtiyac olduğunu deyib.

Əlirza Nemət Sultani hazırda 530 kilometr kanalizasiya xətlərinin çəkilməsi üçün 700 milyard tümən vəsait lazım olduğunu deyib. Onun sözlərinə görə, bu vəsaist olmadığı üçün layihənin həyata keçirilməsi yarımçıq qalıb.

Nemət Sultani bununla yanaşı əyalətin içməli su kəmərlərinində yetərincə olmadığına, bir çox şəhər və kəndlərin içməli su problemi yaşadığına diqqət çəkib.

Su və Kanalizasiya Şirkətinin başçısı xüsusilə Ərdəbil, Hir, Sümərin və Aralu şəhərlərinin içməli su kəmərlərinin qurulması, yenilənməsi və təmirinin zəruri olduğunu bildirib.

Əyalətin Xalxal mahalında 80 kəndin içməli su qıtlığı yaşadığını deyən Əlirza Nemət Sultani problemin həlli üçün 5.8 milyard tümən lazim olduğunu vurğulayıb. O, bu məbləğin ayrılacağına ümid etdiyini deyib.

Hal-hazırda Su və Kanalizasiya Şirkətinin nəzarətində olan 30 şəhər və 991 kəndin, 300 min nəfərdən əhalisi olan 400 kəndində içməli su problemi yaşanır.

Qeyd edək ki, Ərdəbil yalətində su və kanalizasiya xətlərinin az olması bölgə əhalisinin əsas problemlərindən biri sayılır.

Bir neçə gün bundan öncə Ərdəbilin Şəhər Şurasının mədəniyyət komissiyasının başçısı Səlamət Səfəri sakinlərin kanalizasiya və nəqliyyat parkının durumundan narazı olduqlarını söyləyib.

“Əhalinin əsas tələblərdən biri Ərdəbil şəhərinin kanalizasiya sisteminin yenilənməsi və genişləndirilməsidir.

Ərdəbilin parlamentdəki nümayəndələri bunun reallaşması ilə bağlı lazimi büdcənin əldə edilməsi istiqamətində addımlar atmalıdırlar”-deyə, komissiyanın başçısı bildirib.

C.E
 

Ərdəbili quraqlıq təhlükəsi gözləyir • Aznews TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar