SON XƏBƏRLƏR

Ərdəbildə tarixi abidələr təhlükə qarşısındadır

2021.12.16, 12:36
Ərdəbildə tarixi abidələr təhlükə qarşısındadır

Gunaz.tv

Bu barədə yerli sosial media və mədəni fəallar məlumat yayıb.

Məlumata görə, layihənin reallaşarsa tarixi “İsmayıl bəy” evinin dağıdılmalıdır. Bundan başqa “Şeyx Səfi” tarixi kompleksi də ziyan görəcək. 

Mədəni fəalların bildirdiyinə görə, müxtəlif qrupların basqısı nəticəsində layihənin icrasına Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi razılıq verib. 

Bundan öncə yerli fəallar və tarixi abidələrin müdafiəçiləri Ərdəbildə yerləşən və Azərbaycanın nadir abidələrindən sayılan “Şeyx Səfi” tarixi kompleksinin çevrəsində qaydasız olaraq çox mərtəbəli binaların tikilməsi barədə xəbərdarlıq etmişdilər. 

Kompleks ətrafında tikilən binalar qaydasız və qeyri-standart olmaqla yanaşı, YUNESCO-nun tarixi abidələrlə bağlı qoyduğu qaydaların pozulmasına səbəb olduğu üçün abidə kompleksinin YUNESKO-nun siyahısından çıxarılması təhlükəsini artırıb.

Şeyx Səfiəddin Ərdəbili kompleksi 2010-cu ildə YUNESKO-nun Braziliyada keçirilən 1345 saylı 34-cü sessiyası zamanı tarixi dəyərləri və memarlıq üslubuna görə Ümumdünya İrs Siyahısına daxil edilib.

Son illər məsul qurumla və Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin laqeyd münasibəti nəticəsində Ərdəbilin tarixi kompleksi ətrafında qaydasız olaraq çox qatlı binalar tikilib.

Mədəni fəalların və yerli əhalinin çoxsaylı müraciət və etirazlarına baxmayaraq tarixi abidənin ətrafında aparılmaqda olan tikintilərin standartlara uyğunlaşdırılması istiqamətində hər hansı bir addım atılmayıb.

Fəallar Ərdəbildə kimliyi bəlli olmayan bir qrupun əlaqədar orqanların dəstəyi ilə şəhərin tarixi quruluşu və abidələrinin məhv edilməsi ilə nəticələnən tikinti fəaliyyətləri aparmaqdadırlar.

 

content_image_1636956810.jpg

C.E 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar