SON XƏBƏRLƏR

Ərdəbildə tarixi abidələr özəl sektorun istifadəsinə verilir

2022.01.25, 15:06
Ərdəbildə tarixi abidələr özəl sektorun istifadəsinə verilir

Gunaz.tv

Başçı abidənin özəl sektora verilməsi barədə qərar qəbul edildiyini bildirib.

O, cari günəş ilində tarixi “Asəf”, “Xadim başı” və “Şəriət” evlərinin, habelə tarixi “Pirzərgər” hamamının Tarixi və Mədəniyyət Abidələrinin Bərpası və İstismarı Fondunun razılığı əsasında özəl sektora verildiyini deyib.

Məhəmmədrza Şəqayiqi bunun ardınca "Üç dükan” hamamı da bu sektora verildiyini təsdiq edib.

Şəqayiqi bunu tarixi abidələrin təmiri və saxlanılması üçün yetərli vəsaitin olmaması ilə əlaqələndirib və özəl sektorun bu problemi həll edəcəyini qeyd edib.

Bir neçə gün bundan öncə eyni məqsədlə Ərdəbil əyalətinin Xiyav (Meşkin) şəhərinin “Şeyx Heydər” məqbərəsi, “Qanlı bulaq” karvansarası, “Şəhər yeri” və “Köhnə qala” tarixi abidə və məkanları da özəl sektora verildi.

Qeyd edək ki, Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyi tarixi abidələrin təmiri, bərpası və saxlanılması üçün yetərli büdcə ayırmadığı üçün çox sayda abidə, tarixi məkan özəl sektorun istifadəsinə verilib.

Sərmayəçilər abidələrin təmiri və qorunması qarşılığında onlardan xidmət və turizm sahəsində istifadə edirlər.

C.E

چندین پروژه سرمایه گذاری در بخش گردشگری اردبیل آماده افتتاح شد

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar