SON XƏBƏRLƏR

Ərdəbildə etiraz aksiyası keçirilib

2021.10.20, 07:36
Ərdəbildə etiraz aksiyası keçirilib

Gunaz.tv

Ərdəbilli ətraf mühit və mədəni fəallar divarlara şüarlar yazıb, qrafitlər çəkərək hökumətin Savalan dağı ətəklərində qeyri-standard yol çəkilişi layihəsinə etiraz ediblər.

Fəallar başqa seçimlərin olduğu halda yol layihəsi adı altında Savalan ətəklərində qorunmalı olan ətraf mühitin bilərəkdən məhv edildiyini, bunun gələcəkdə böyük ekoloji fəlakətlərə səbəb olacağını qeyd ediblər.

Təbiətsevərlər Ərdəbil divarlarında ingiliscə “Köpəklər qurdları əsir götürüblər. Etiraz edirəm. Qurdların olması çox vacibdir” kimi şüarlar yazıblar. 

Fəallar bu vasitə ilə ekosistemin məhv edilməsinə, bölgədə olan heyvan növlərinin yaşayış yerlərinin məhdudlaşdırılmasına və onların nəslinin tüknməsi təhlükəsinə diqqət çəkmək istəyiblər. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar