SON XƏBƏRLƏR

Ərdəbildə yenidən kürdlərin yerləşdirilməsinə başlanılıb-FOTOLAR

2022.06.27, 07:05
Ərdəbildə yenidən kürdlərin yerləşdirilməsinə başlanılıb-FOTOLAR

Gunaz.tv

Yerli fəallar bununla bağlı Günaz.TV-yə fotolar göndərib.

Gələn xəbərlərdə Sənəndəc, Mərivan və Bukan şəhərlərindən olan kürdləri daşıyan 3-4 avtobusun Ərdəbil vağzalına gəldiyini bildirilir.

Bununla yanaşı özəlliklə Ərdəbilin "Sərçeşmə" meydanı, mərkəzi meydanı və bazarında çox sayda kürdün alverlə məşğul olduğu qeyd olunur.

Bundan öncə 2020-ci ilin may ayında 2 min kürdün iş bəhanəsi ilə Muğan bölgəsində yerləşdirilməsi yerli əhalinin narazılığı ilə qarşılaşmışdı.

Parsabad fərmandarı əhalinin narazılığını haqlı adlandırıb və çox sayda kürdün bölgəyə yerləşdirilməsinin gələcəkdə ciddi problemlərə səbəb olacağı barədə xəbərdarlıq etmişdi.

İran hökuməti uzun illərdir ki, Güney Azərbaycanla Anadolu türklərinin arasını kəsmək üçün sərhəd bölgələrində kürdlərin yerləşdirilməsi siyasətini həyata keçiri.

Artıq Qərbi Azərbaycanda bunun problemə çevrildiyi göz qabağında olduğu, gəlmə etnik kürdlərin Azərbaycan torpaqlarına iddiasının şiddətləndiyi bir vaxtda oxşar siyasət Azərbaycan Respublikası ilə sərhəd bölgələrdə də həyata keçirilir.

Məsələ burasındadır ki, kürd köçünün rəsmilərin bölgədə işçi qüvvəsinin çatışmazlığı ilə əlaqələndirmələri öz statistikalarına əsasən absurddur.

Hazırda Ərdəbil əyaləti də daxil olmaqla Güney Azərbaycanın əksər bölgələrində işsizlik problemi yaşanır və yerli məsulların da etiraf etdikləri kimi azərbaycanlılar iş ardınca İranın fars dilli mərkəzi bölgələrinə köçürlər.

Ərdəbil əyalətinin İdarəetmə və Planlaşdırma Təşkilatının Statistika və İnformasiya üzrə müavini Fəriborz Dehqanın dediyinə görə, ötən qış mövsümündə ölkə üzrə işsizlik səviyyəsi 9,4 faiz olduğu halda, Ərdəbil əyalətində bu rəqəm 14 faiz təşkil edib və bununlada əyalətdə işsizlik səviyyəsi ölkə üzrə orta səviyyədən 4,6 faiz yüksəkdir.
 
Dehqanın sözlərinə görə, Ərdəbil əyalətində işsizlik səviyyəsinə görə ölkənin əyalətləri arasında 5-ci yerdədir. Ərdəbildən əvvəl işsizliyin ən yüksək səviyyədə olduğu əyalətlər müvafiq olaraq Qərbi Azərbaycan, Kirmanşah, Kürdüstan və Loristandır.

 

content_image_1656311858.jpg

content_image_1656311819.jpg

content_image_1656311831.jpg

Cavidan
  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar