Ərdəbildə yolların açılması üçün texnika çatışmır

28.01.2022, 14:09

Ərdəbil şəhərinin bələdiyyə başçısı Mahmud Səfəri mediaya verdiyi açıqlamada şəhərdə yolların açılması, qarın təmizlənməsi üçün lazim olan texnikanın mövcud olmadığını deyib.

Gunaz.tv Quote | Gunaz article

O, bildirib ki, güclü qardan sonra yolların bir çoxunun bağlı qalmasının səbəbi hazırda mövcud olan 82 texnikanın köhnəliyi və istifadəyə yararsızlığı ilə bağlıdır.

“Şəhərdə çox saylı problemlərin olmasına baxmayaraq ilk anlardan yolların açılmasına çalışdıq. Ancaq əlimizdə olan texnika yetərli və yararlı olmadığı üçün çalışmalar qane edici deyil. Normal texnikaların alınması üçün büdcə ayrılması lazimdır”-deyə, bələdiyyə başçısı bildirib.

Bundan bir neçə gün öncə Mahmud Səfəri şəhər əhalisinin suallarına cavab olaraq bildirmişdi ki, əldə olan texnikalarla şəhərin qardan təmizlənməsi üçün 500 gün vaxt lazımdır.

Qeyd edək ki, 12 gün bundan öncə ərdəbil əyaləti və şəhərində güclü qar yağması səbəbindən əksər yollar, xüsusilə kənd yolları bağlanıb.

Yolların açılmaması, nəqliyyat vasitələrinin fəaliyyət göstərə bilməməsi səbəbindən bir sıra kəndlərdə xəstələrin vaxtında xəstəxanaya çatdırılması faciə ilə nəticələnib.

İki gün öncə Ərdəbil əyalətinin Hir bölgəsinin “Bilə dərə” kəndinin sakinləri sosial mediada yaydıqları məlumatda məsulların bölgə əhalisinə laqeyd münasibətini tənqid ediblər.

Onların verdiyi məlumata görə, yolların açılmaması səbəbindən kəndin 13 yaşlı sakinini avtomobillə şəhər xəstəxanasına köçürmək mümkün olmadığı üçün kəndlilərin onu piyada xəstəxanaya çatdırmağa çalışsalarına baxmayaraq, bu mümkün olmayıb və yeniyetmə yolda həyatını itirib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30

gun az article

İranın milli valyutası yenidən ucuzlaşdı

2023-03-30

gun az article

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

2023-03-30

gun az article

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-Rəsmi

2023-03-30