SON XƏBƏRLƏR

Ərdəbildə zəhərlənən şagirdlərin son sayı açıqlandı-Həbs edilənlər var

2023.03.02, 14:33
Ərdəbildə zəhərlənən şagirdlərin son sayı açıqlandı-Həbs edilənlər var

Gunaz.tv

Bu barədə Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Məhəmmədiyan açıqlama verib.

O, şagirdlərin oxunun müalicə olunaraq evə buraxıldığını, ancaq 100 şagirdin durumlarının yaxşı olmadığı üçün xəstəxanalarda saxlanıldıqların bildirib.

Verilən məlumatlara görə, şagirdlərdən biri Aysan Əştərinin həyatı təhlükədə olduğu üçün Xomeyni xəstəxanasının reanimasıya bölməsinə yerləşdirilib.

İran mediası martın 2-də şagirdlərin zəhərlənməsində şübhəli bilinən 3 nəfərin saxlanıldığını yazıb.

Məlumatda saxlanılanların kimliyi və harada hbs edildikləri barədə açıqlama verilməyib.

Qeyd edək ki, sonuncu zəhərlənmə faktı martın 1-i Ərdəbilin 8 məktəbində qeydə alınıb və 108 qız şagird zəhərlənib.

Şagirdlərdən biri Aysan Əştəri adlı yeniyetmə qızın durumunun ağır olduğu və Xomeyni xəstəxanasının reanimasiya bölməsinə yerləşdirildiyi bildirilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar