SON XƏBƏRLƏR

Ərdəbilin 9 tarixi əsəri milli qeydiyyata alınıb

2022.01.13, 10:10
Ərdəbilin 9 tarixi əsəri milli qeydiyyata alınıb

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Nadir Fəllahinin məlumat verib.

Tarixi “Sədr” evi, “Cahan” kinoteatrı, “Zeynal” hamamı, “Monemi” evi, “Ağ imam” atəşgahı, tarixi “Kül təpə” kurqanı, “İsfərəncan” tarixi məkanı, “Təpə qala”, “Kivi Olya” tarixi qəbristanlığı, “Daşca təpə” tarixi kurqanı siyahıya salınan əsərlər sırasındadırlr.

Fəllahi bununla yanaşı əyalətin daha üç əsərinin mədəni irs siyahısına salınması üçün işlər görüldüyünü bildirib.

O, Savalan dağı, Sayının Şah Abbas karvansarayı və “Fındıqlı” meşələrinin Hirkani meşələrə birləşdirilməsi və qeydiyatdan keçirilməsi üçün ilkin proseslərin başladıldığını qeyd edib.

Bu günə kimi Ərdəbil əyalətində 1400 əsər milli qeydiyyata alınıb və yüzlərlə tarixi, mədəni əsər və təbiət abidəsinin qeydiyyata alınmasına ehtiyac var.

Nadir Fəllahi eyni halda Ərdəbildə 4 tarixi məkanın özəl sektorun istifadəsinə verildiyini açıqlayıb.

Onun sözlərinə görə tarixi məkanların təmiri, yenidən qurulması özəl şirkətlər tərəfindən həyata keçiriləcək və qarşılığında onlar tarixi məkanlardan turizm sahəsində istifadə edəcəklər.

“Asəf”, “Xadimbaşı”, “Şəriət” evləri və “Pir Zərgər” hamamı özəl sektorun istifadəsinə verilib. 

C.E

حضور آژانس های خارجی در نمایشگاه ملی گردشگری اردبیل

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar