SON XƏBƏRLƏR

"Ərdəbildə quş qripi koronavirusdan daha ölümcül ola bilər"-Baş Baytarlıq İdarəsinin müdiri

2021.12.29, 14:50
"Ərdəbildə quş qripi koronavirusdan daha ölümcül ola bilər"-Baş Baytarlıq İdarəsinin müdiri

Gunaz.tv

O, bu virusun koronovirusdan daha öldürücü ola biləcəyi barədə xəbərdarlıq edib.

Baş İdarənin rəhbəri Bəhlül Təkləvi Quş Qripinə Nəzarət və Qarşısının Alınması üzrə Qərargahın toplantısında çıxışı zamanı kəskin quş qripi virusunun mutasiyaya uğrayaraq ümumi insan-heyvan xəstəliyinə çevriləcəyi təqdirdə, onun hazırkı COVİD-19 pandemiyasından daha təhlükəli hal alacağını qeyd edib.

“Bu xəstəliklə mübarizəyə 100% hazır olmaq məqsədi ilə əyalət qərargahının mütəmadi iclaslarının keçirilməsinə, əyalətin müxtəlif yerlərində həssaslığın artırılması, sinerji və əməkdaşlığın gücləndirilməsi məqsədilə superkəskin quş qripi üzrə şəhər qərargahlarıının yaradılmasına ehtiyac var. 

Əyalətin bəzi sərhəd şəhərlərində diri quş, toyuq satışına qadağa qoyulmalı, satış şöbələri yığışdırılmalıdır”-deyə, Bəhlul Təkəlu durumun ciddiliyinə diqqət çəkib.

Qeyd edək ki. bundan öncə dekabrın 22-də 
Baş Baytarlıq İdarəsinin rəhbəri bölgənin köçəri quşların köç marşrutu üzərində olması səbəbindən xəstəliyin yayılma riskinin yüksək olduğunu bildirmişdi.

“Ərdəbil əyaləti quş qripi xəstəliyinin mümkün yayılması baxımından ölkədə ən riskli durumda olan 5 əyalətdən biridir”-deyə, o, Germinin Anqut kəndində quş qripi nümunəsinə rast gəldiklərini söyləyib və əlaqədar qurumları önləyici tədbirlər görməyə çağırmışdır. 

C.E
 

دکتر بهلول تکلوی» به عنوان سرپرست اداره کل دامپزشکی استان اردبیل منصوب شد

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar