SON XƏBƏRLƏR

"Azadlıq, Ədalət, Milli hökumət"- Ərdəbilin Balıqlı çay körpüsü üzərində plakat asılıb

2022.10.06, 10:45
"Azadlıq, Ədalət, Milli hökumət"- Ərdəbilin Balıqlı çay körpüsü üzərində plakat asılıb

Gunaz.tv

Ərdəbil şəhərinin Balıqlı çay körpüsü üzərində "Azadlıq, Ədalət, Milli hökumət" şüarı yazılmış plakart asılıb.

Bu şüar cari ildə Güney Azərbaycan və İranın başqa bölgələrində azərbaycanlı aksiyaçılar tərəfindən ən çox səsləndirilən və xalq tərəfindən ən çox bəyənilən şüardır.

Özəlliklə son günlər İranın əksər şəhərlərini bürüyən etiraz aksiyaları zamanı hökumət qüvvələrinin repressiyalarının şiddətlənməsi ilə eyni vaxtda şəhərlərin divarlarına hökumət əleyhinə şüarlar yazılması və qrafitlər çəkilməsi artıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar