SON XƏBƏRLƏR

İran hakimiyyyəti daxilində qarşıdurma: Ərdəbilin cümə imamı daxili işlər nazirini hədəfə aldı

2022.01.25, 09:33
İran hakimiyyyəti daxilində qarşıdurma: Ərdəbilin cümə imamı daxili işlər nazirini hədəfə aldı

Gunaz.tv

İmam cümə İran Daxili İşlər nazirinin diqqətsizliyindən gileylənib.

Yolların bağlandığını, kəndlərin ətraf aləmdən təcrid olunduğunu, bununla əlaqədar böhranlı vəziyyətin yarandığını vurğulayan imam cümə problemin həlli üçün cəlb olunan texnikanın yetərli olmadığını deyib.

“Təbii hadisə idarəçilikdə bir neçə ciddi problemin olduğunu üzə çıxardı.

Məsulların belə hadisələrə qarşı hazırlıqsız olması, vaxtında qonşu əyalətlərdən yardımların cəlb edilməməsi və təcili şəkildə Tehran qarşısında dəstəklə bağlı tələb irəli sürülməməsi bu nöqsanlar sırasındadır”-deyə, Amili bildirib.

Cümə imamı Ərdəbildə qar və çovğun nəticəsində yaranan problemlərin sel və daşqınların yaratdığı durumdan fərqli olmadığını və əhalini ciddi çətinlik çəkdiyini qeyd edib.

“Necə olur ki, daxili işlər naziri filan əyalətdə meydana gələn sel hadisəsinə görə təcili ora gedir, problemlə yaxından tanış olur və fəsadların aradan qaldırılması üçün təcili olaraq dövlət qarşısında məsələ qaldırır.

Ancaq Ərdəbil əyalətinə gəldikdə adicə telefon edib vəziyyətlə maraqlanmır?”-deyə, Seyid Həsən Amili daxili işlər nazirinin ikili yanaşmasını tənqid edib.

Qeyd edək ki, Amilinin daxili işlər naziri Əhməd Vəhidini tənqid etməsi təsadüfi deyil.

Bu, ərdəbillilərə qarşı göstərilən laqeydlikdən daha çox hakimiyyət daxilində mövcud olan qarşıdurmadan irəli gəlir.

İbrahim Rəisinin prezidentlik səlahiyyətinə başlamasından sonra hakimiyyət daxilində vəzifə bölgüsü uğrunda mübarizə daha da güclənib. 

İ.Rəisi komandasında hakimiyyətin mühafizəkar qanadına bağlı olan azərbaycanlı sabiq SEPAH komandirləri və üzvləri irəli çəkilir.

Lakin onlar ölkə səviyyəsində əhəmyyətli postlara yaxın buraxılmır.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar