Xamneyinin nümayəndəsindən Azərbaycana və Türkiyəyə qarşı əcaib ittiham

20.01.2022, 15:29

Ərdəbil şəhərinin cümə imamı, Əli Xamneyinin əyalət üzrə nümayəndəsi Seyid Həsən Amili Azərbaycan Respublikasına qarşı sərsəm iddialar səsləndirib.

Gunaz.tv Quote | Gunaz article

Amili "İranın tarixi və ədəbi şəxsiyyətlərinin başqa ölkələrin adına qeydiyyata düşdüyünü” iddia edib və bunun yolverilməz olduğunu deyib.

“Bu ölkənin sənət əsərlərinin başqalarının adına rəsmiləşdirilməsinə imkan verməməliyik.

Hökumətdən incəsənət və ədəbiyyat nümunələrinin oğurlanmasını, tanınmış simaların başqa ölkələrin adı ilə müsadirə edilməsini, ölkə irsinin bu şəkildə talan edilməsinə imkan verməməyi xahiş edirəm”-deyə, Həsən Amili bildirib.

O, dahi şair Nizami Gəncəvi və Mövlana Cəlaləddin Ruminin Azərbaycan və Türkiyə tərəfindən mənimsənildiyini deyib.

Türkiyəni “süls” xəttatlıq mədəni irsini öz adına qeydiyyatdan keçirməyə çalışdığına diqqət çəkən Amili buna etiraz edib.

İmam cümə bu irsin İrandan başqa İraqa aid olduğunu söyləyib.

Amili bu barədə Ərdəbil İncəsənət Mərkəzində İranın ilk milli xəttatlıq sənəti sərgisinin açılış mərasimində etdiyi çıxışda bildirib.

O, bildirib ki, sərgi və festivalın keçirilməsində məqsəd "İranın əzəmətini və şiə kimliyini" göstərməkdir.

Cümə imamı Təbriz Universitetinin təşəbbüsü ilə Nizami Gəncəvi konqresinin planlaşdırıldığını deyib.

Seyid Həsən Amili bunu “İran mədəniyyətinin qorunub saxlanılması və təbliği" üçün əhəmiyyətli addım adlandırıb.

Xamneyinin nümayəndəsi konqresə təqdim olunan məqalələrin dünyanın bütün aparıcı dillərinə tərcümə ediləcəyini qeyd edib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə Pakistan üçün hərbi gəmi inşa etdi

2022-05-20

gun az article

Almaniya Ukraynaya yeni müdafiə silahları verəcək

2022-05-20

gun az article

Ceyhun Bayramov Macarıstanın XİN başçısı ilə görüşüb

2022-05-20

gun az article

Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayrılıb

2022-05-20

gun az article

Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib

2022-05-20

gun az article

Fond direktoru: “Qarabağın mədəni irs abidələrinin çoxu dağıdılıb"

2022-05-20

gun az article

İranın təhlükəsizlik naziri etirazçıları hədələdi

2022-05-20

gun az article

DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib

2022-05-20

gun az article

Tanınmış din xadimi və hüquqşünas İran hökumətini tənqid edib

2022-05-20

gun az article

ETTELAAT idmançı Əmin Bərzgəri qətlə yetirib

2022-05-20

gun az article

Kərəcdə media fəalı həbs edilib

2022-05-20

gun az article

"İranda molla qıtlığı yaranıb"-Tehranın cümə imamı

2022-05-20

gun az article

Müharibənin son və qanlı mərhələsindəyik - Zelenski

2022-05-20

gun az article

Almaniya Ukrayna büdcəsini dəstəkləmək üçün bir milyard avro ayıracaq

2022-05-20

gun az article

Makron: "Müharibə Ukrayna ilə qonşu ölkələrə də yayıla bilər"

2022-05-20

gun az article

Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir”

2022-05-19

gun az article

Zəngilanda "ağıllı kənd" hazırdır, sakinlər il ərzində köçürüləcək

2022-05-19

gun az article

Türkiyə Prezidenti: “Putin və Zelenski ilə əlaqələri kəsmək niyyətimiz yoxdur”

2022-05-19

gun az article

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürüb

2022-05-19

gun az article

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar etdi

2022-05-19