SON XƏBƏRLƏR

Ərdəbilli fəal girov qarşılığında sərbəst buraxılıb

2021.11.16, 07:17
Ərdəbilli fəal girov qarşılığında sərbəst buraxılıb

Gunaz.tv

Noyabrın 13-də İranın mülki geyimli təhlükəsizlik məmurları tərəfindən saxlanılan fəal Məsud Qasımzadə Ərdəbildə "Traxtur" futbol komandasının azarkeşlərini koordinasiya edən fəallardan biri olub.

Milli fəalın yaxınları tərəfindən verilən məlumata görə, Qasımzadə həbs edildiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən onun saxlanılması ilə bağlı heç bir qanuni sənəd göstərilməyib.

İndiyə qədər Məsud Qasımzadənin saxlanılmasının səbəbləri və ona qarşı irəli sürülən ittihamlar ilə bağlı heç bir məlumat yoxdur.

Məsud Qasımzadə bundan öncə də apardığı dinc fəaliyyətləri ilə bağlı dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən dindirilərək təhdid edilib.

"Traxtur" komandası İranda türklərin hüquqlarının pozulmasına qarşı etiraz tribunu kimi tanınır və indiyədək yüzlərlə azərbaycanlı bu komandanın oyunlarında İran hökuməti qüvvələri tərəfindən həbs edilib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar