"Güney Azərbaycanda ətraf mühit məhv edilir"-Ərdəbilli fəallardan etiraz

26.11.2021, 09:56

Ərdəbilli milli və ətraf mühit fəalları İran rejiminin ətraf muhitə və tarixi abidələrə vurduğu ziyana etiraz ediblər.

Gunaz.tv Quote | Gunaz article

Fəallar bu məqsədlə Ərdəbil şəhərinin mərkəzi küçələrində simvolik qrafit çəkiblər.

Divarda "Savalanın yamacından tutmuş Şeyx Səfi kompleksinə qədər məhv edilir" cümləsi yazılıb və Savalan dağı ilə Şeyx Səfi tarixi kompleksinnin şəkilləri onun üzərində əks olunub.

Qeyd edək ki, Xiyavdan Sərdavaya, oradan da Səreyinə çəkilən və "qızıl kəmər" adı ilə tanınan yolun tikintisi zamanı bölgənin təbiətinə ciddi ziyan dəyir.

Tikinti zamanı yolun üzərində yerləşən yaşıllıq, bulaqlar, isti sular və digər bu kimi təbiət inciləri tamamilə məhv edilir.

Ətraf mühit fəallarının verdiyi məlumata görə, layihənin davamı nəticəsində ilk dağıdılacaq yerlərdən biri üstü açıq "Yeddi Bölük" isti suyu olacaq.

Bura çəkiləcək yolun üzərində yerləşdiyindən, onun adı dağıdılacaq məkanlar siyahısında ilk yerlərdədir. 

Bundan başqa, Şeyx Səfi Kompleksi ətrafında bir neçə mərtəbəlik yaşayış və ticarət binalarının tikilməsi də mədəni və milli fəalların etirazına səbəb olub.

Sözügedən kompleks ətrafında binaların tikilməsi həm də onun YUNESCO-nun ümumdünya mədəni irs siyahısından çıxarılmasına səbəb olacağı ehtimalını gücləndirib.

Qeyd edək ki, Şeyx Səfiyəddin Ərdəbilinin türbəsi Güney Azərbaycanın ən gözəl tarixi abidələrindən biridir və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir.

Ətrafında icazəsiz tikinti aparıldığına görə abidə YUNESKO-nun Ümumdünya İrs Siyahısından çıxarıla bilər.

Şeyx Səfiyəddin Ərdəbili kompleksi 2010-cu ildə YUNESKO-nun Braziliyada keçirilən 1345 saylı 34-cü sessiyası zamanı tarixi dəyərləri və memarlıq üslubuna görə Ümumdünya İrs Siyahısına daxil edilib.

Son illər məsul qurumla və Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin laqeyd münasibəti nəticəsində Ərdəbilin tarixi kompleksi ətrafında qaydasız olaraq çox qatlı binalar tikilib.

Mədəni fəalların və yerli əhalinin çoxsaylı müraciət və etirazlarına baxmayaraq tarixi abidənin ətrafında aparılmaqda olan tikintilərin standartlara uyğunlaşdırılması istiqamətində hər hansı bir addım atılmayıb.

Fəallar Ərdəbildə kimliyi bəlli olmayan bir qrupun əlaqədar orqanların dəstəyi ilə şəhərin tarixi quruluşu və abidələrinin məhv edilməsi ilə nəticələnən tikinti fəaliyyətləri aparmaqdadırlar. 

C.E 
 

Açıklama yok.

Açıklama yok.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanda koronavirusa sutkalıq yoluxma 3 mini ötüb

2022-01-26

gun az article

Manatın alıcılıq qabiliyyətində azalma: "Məzənnənin stabil qalmasına çalışılır"

2022-01-26

gun az article

Səhiyyə Nazirliyi: "Azərbaycanda pandemiya yaxın gələcəkdə bitəcək”

2022-01-26

gun az article

“Çin və Rusiya ilə bağlanmış müqavilələrin mətnindən deputatların xəbəri yoxdur”-İran parlamentinin üzvü

2022-01-26

gun az article

Azərbaycanda məscidlərə dini rəhbər təyin edəcək qurum məlum olub

2022-01-26

gun az article

Zakir Həsənov İran Prezidenti ilə görüşüb

2022-01-26

gun az article

Sistan-Bəlucistanda silahlı qarşıdurma: Polis rəisi öldürüldü

2022-01-26

gun az article

Beynəlxalq Şəffaflıq Təşkilatının yeni hesabatında İran dünyanın ən korrupsiyalaşmış ölkələri sırasındadır

2022-01-26

gun az article

Paşinyan koronavirusa yoluxub

2022-01-26

gun az article

Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına çağırış edib

2022-01-26

gun az article

İşğaldan azad edilmiş ərazilərdə 396 Azərbaycan hərbçisinə aid meyit qalığı tapılaraq götürülüb

2022-01-26

gun az article

Liz Tras: “İranla nüvə danışıqları təhlükəli çıxılmaz vəziyyətə yaxınlaşmaqdaır”

2022-01-26

gun az article

İsrail prezidenti tarixdə ilk dəfə olaraq BƏƏ-yə səfər edəcək

2022-01-26

gun az article

Zakir Həsənov İranın müdafiə naziri ilə görüşüb

2022-01-26

gun az article

Britaniyadan açıq təhdid: "Bir çox rus anaların oğlu evə dönə bilməyəcək"

2022-01-26

gun az article

5 ölkə diplomatlarını Ukraynadan çıxarır

2022-01-26

gun az article

NATO şərq cinahda hərbi mövcudluğunu daha da artıra bilər

2022-01-26

gun az article

İtaliya dövlət katibi: "Avropa Şurası Azərbaycanla Ermənistana sülh üçün lazımi dəstəyi göstərməyə hazırdır"

2022-01-26

gun az article

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə görüşüb

2022-01-25

gun az article

İlham Əliyev Volodimir Zelenskiyə zəng edib

2022-01-25