SON XƏBƏRLƏR

"Traxtur" klubunun fanatı, ərdəbilli milli fəal ETTELAAT-a çağırılıb

2022.03.16, 05:26
"Traxtur" klubunun fanatı, ərdəbilli milli fəal ETTELAAT-a çağırılıb

Gunaz.tv

Telefon vasitəsilə idarəyə çağırılan fəal yazılı bildiriş istəsə də, təhlükəsizlik məmurları onu hədələyib və idarəyə getməsini istəyiblər.

Martın 15-də Ərdəbil şəhərinin ETTELAAT idarəsinə gedən fəal bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

İrəc Şirzadın yaxınlarının verdiyi məlumata görə, təhllükəsizlik idarəsində ona qarşı psixi təzyiq göstərilib və fəalın fəaliyyətləriilə bağlı suallar verilib.

İrəc Şirzad bundan öncə "İran" qəzetinin azərbaycanlıları aşağılamasına qarşı keçirilən etiraz aksiyaları, Babək qalasına illik yürüş, öyrənci etirazları və başqa aksiyalara qatıldığı üçün bir neçə dəfə saxlanılıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar