Ərdəbildə uşaqlara türk dilində kitablar paylanıb-VİDEO

29.03.2022, 13:09

Martın 28-i axşam saatlarında Ərdəbilli milli mədəni fəallar ana dili ilə bağlı maraqlı aksiya keçirib. Onlar son günlər İranın İrşad və Mədəniyyət Nazirliyinin qeyri-fars dillərə qarşı ayrı-seçkilik məzmunlu çıxışlarına etirazlarını bildiriblər.

Gunaz.tv Quote | Gunaz article

Fəallar uşaqlar və əhali arasında türkcə uşaq kitabları və təqvim paylayıb, şəhərin mərkəzi küçələrindən birinin yerüstü piyada keçidindən “Manı mənim ana dilim” yazılmış plakat asıblar.

Qeyd edək ki, martın 7-də İranın Mədəniyyət və İrşad naziri Məhəmməd Mehdi İsmaili fars dilini qorumaq üçün polisin xidmətindən istifadə ediləcəyini deyib.

O, bu barədə martın 7-də Fars Dili Akademiyasının başçı Qulaməli Həddad Adilin iştirakı ilə keçirilən Fars Dilini Müdafiə Koordinasiya Şurasının toplantısında danışıb.

“İş yerlərinin lövhələrində xəbərdarlıqlara önəm verilmədiyi təqdirdə fars dili və ədəbiyatının qorunması üçün polis qüvvələrinin potansialindən istifadə ediləcək”-deyə, iranlı nazir bildirib.

Məhəmməd Mehdi İsmaili iddia edib ki, ali rəhbər Əli Xamneyinin göstərişinə əsasən polisin imkanlarından istifadə edilərək fars dilinin inkişafna nail olunacaq və "fars dili yaxın 50 ildə dünyanın elmi dili" kimi tanınacaq.

“Bu məsələ həm də prezidentin şəxsi qayğılarından biridir. 
Mədəniyyət və İslami İrşad Nazirliyi, Radio və Televiziya Təşkilatı, bələdiyyə və polis fars dilinin qorunmasında dörd ən mühüm qurumlar sayılır və başqa sahələrin, o cümlədən Sənaye, Mədən və Ticarət Nazirliyinin rolu da bu məsələdə önəmlidir.

Xatırladaq ki, İran Konstitusiyasının 15-ci maddəsinə əsasən qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 40 ildən artıqdır ki, müxtəlif bəhanələrlə bu prinsipin həyata keçirilməsinə mane olub və 40 milyon türkü təhsil hüququndan məhrum edib.  

 

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27