SON XƏBƏRLƏR

Ordudakı türk hərbçilərin Azərbaycana dəstəyi İranda narahatlıq yaratdı: "Onlar 5-ci kolondur"

2021.10.20, 07:36
Ordudakı türk hərbçilərin Azərbaycana dəstəyi İranda narahatlıq yaratdı: "Onlar 5-ci kolondur"

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin torpaqlarına iddia edən radikal kürd qruplaşmalar İrana dəstək nümayiş etirməklə yanaşı Azərbaycan və Türkiyə cümhuriyyətlərinə qarşı təbliğat aparmağa başlayıblar.

Qruplaşmaya məxsus olan “Urmiyə2” teleqram kanalında Qərbi Azərbaycan “Urmiyə əyaləti” kimi təqdim edilib. 

Bundan başqa Güney azərbaycanlıları və İran ordusunda qulluq edən türk hərbçiləri “Əliyev və Ərdoğanın 5-ci kolonu” adlandırıb, onlara qarşı ciddi ölçü götürülməsini təlbə ediblər.

“Ərdoğan və Əliyevin İran ordusunda qulluq edən "beşinci kolonu" Urmiyə əyalətinin şimalında keçirilən hərbi təlimlərdə "boz qurd" işarəsi tutaraq boyi göstərdilər.

"Pantürkistlər İran ordusunda olan bu türk hərbçilərə və Türkiyənin dəstəyinə söykənərək İslam Cümhuriyyəti devrildikdən sonra Urmiyə əyalətində olan kürdləri qətliam etmək istəyirlər. Onlar bununla Türkiyə ilə Azərbaycanı  qurudan birləşdirməyi planlaşdırılar”-paylaşımda belə qeyd olunur.

Qeyd edək ki, oktyabrın 1-də İran ordusunun Azərbaycan Respublikası ilə sərhəddə təlimlərə başlamasından, İran rəsmilərinin Azərbaycana qarşı təhdidlərindən sonra Güney Azərbaycanda geniş aksiyalar başlayıb.

Müxtəlif şəhərlərdə divarlara milli  məzmunlu şüarları yazılıb və Azərbaycana dəstək ifadə olunub. Sosial mediada Azərbaycan Respublikasına dəstək və İran hökumətinin təhdidlərinə etiraz olaraq “Biz Azərbaycanın özüyük” adı altında kampaniya başlanılıb.

İran ordusunda və Daxili İşlər Nazirliyində qulluq edən hərbçi və polislər Bozqurd işarəsi göstərərək fotolar çəkdirib, yayıb və Azərbaycanın yanında olduqlarını bildiriblər. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar