SON XƏBƏRLƏR

“Ərdoğanı dayandıra bilməyəcəklər, Türkiyə postsovet məkanına yayılacaq” - Tanınmış ekspert

2021.11.27, 13:58
“Ərdoğanı dayandıra bilməyəcəklər, Türkiyə postsovet məkanına yayılacaq” - Tanınmış ekspert

Gunaz.tv

Şərqşünas alim, “Yaxın Şərq” Elmi Mərkəzinin prezidenti Yevgeni Satanovski özünün “Telegram” kanalında belə yazıb. Onun sözlərinə görə, iqtisadiyyatdakı problemlər Türkiyənin postsovet məkanında təsirinin genişlənməsini dayandırmayacaq, əksinə, onu sürətləndirəcək.

“Türkiyənin yeni bazarlara və yeni enerji mənbələrinə ehtiyacı var. Bütün bunları Cənubi Qafqaz, Qazaxıstan və Mərkəzi Asiya, eləcə də türk iş adamlarının getdikcə daha sıx əlaqələr qurduğu, “Müsəlman Qardaşları” tipli siyasi İslamın və pantürkist ideologiyanın türk versiyasını yayan mütəxəssislərə yol açan Rusiyanın türk bölgələri təmin edir. Ərdoğanın iştahı böyükdür, planları isə daha böyükdür. 

a7b3339c22706aca71132be33f588789.jpg

Belə ki, türk islamçı vəqfləri Hindistan və Çin, İndoneziya və Almaniya müsəlmanları, pravoslavlıq və ənənəvi inancların ən geniş yayılmış dinlər olduğu tamamilə dünyəvi Yakutiya da daxil olmaqla Rusiyanın bölgələri üçün kadrlar hazırlayır. Bəs yakutlar türk deyil? Türkdür. Ərdoğan üçün bu, artıq kifayətdir.

Türkiyə iqtisadiyyatındakı problemlərin Ərdoğanı dayandıracağına ürəkdən inanan optimistlərin başa düşmədiyi odur ki, daxili siyasətdəki hər hansı çətinlik xarici münaqişələr şəraitində daha asan həllini tapır. Ona görə də əhalini rəhbərlərindən və onların kursundakı narazılıqdan yayındırmaq üçün çox vaxt onlar dəqiq şəkildə həll edilir. 

Bunlar praktiki politologiyanın əsaslarıdır. Lakin heç kim onları əbəs yerə heç vaxt nəzərə almır. Deməli, Türkiyənin və onun Prezidentinin sərt xarici siyasəti nəinki dəyişməyəcək, əksinə, bu ölkə indikindən daha da mübahisəli olacaq. Ərdoğanın geri çəkiləcəyi yeri yoxdur, kimin üzərinə getsin- Paris Berlinlə bir yerdədir, İrəvan Moskvayla və ya Dehli Pekinlə, onlardan bacardığını əldə edir. Ümumiyyətlə, onun üçün fərqi yoxdur. 

Hərçənd ABŞ Suriyada uğur nümayiş etdirir. Belə insan, belə dövran”, - deyə Satanovski yazır. (cebhe.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar