SON XƏBƏRLƏR

Ərdoğanın yenidən prezident olması üçün əlimizdən gələni etməliyik - "Bu milli missiyadır"

2022.01.28, 14:38
Ərdoğanın yenidən prezident olması üçün əlimizdən gələni etməliyik - "Bu milli missiyadır"

Gunaz.tv

Barlas Ərdoğanın Türkiyəyə rifah və inkişaf gətirəcək saysız-hesabsız layihələrinin olduğunu bildirib.

Müxalifətə qarşı ittihamlar səsləndirən Barlas qeyd edib:

“Kamal Kılıçdaroğlunun siyasətə baxışı ABŞ və PKK-nın yanaşmasını xatırladır. 

Kamal Kılıçdaroğlu Amerikadan gələn heç bir layihəyə “yox” deyə bilməz. Deməyib də. “İyi Partiya” dedikdə, ağlınıza terror lideri Fətullah Güləndən başqa hansı ad gəlir? Belə bir mürəkkəb durumda Prezident Ərdoğanın yenidən prezident seçilməsi milli missiyadır. Əgər Türkiyəni qərarsızlığa, səriştəsizliyə, sui-istifadəyə buraxmaq istəyiriksə, kifayət qədər namizəd var”.

O, AKP və MHP-nin qurduğu Cümhur İttifaqının da gücləndirilməsinin lazım olduğunu söyləyib:

“Yeri gəlmişkən, bir şeyi vurğulamaq istəyirəm: MHP lideri Dövlət Bağçalı və bu partiyanın digər yetkililəri ən azı AKP qədər baş verənlərdən xəbərdardır.

Seçkilər yaxınlaşdıqca Cümhur İttifaqının gücləndirilməsi vacibdir. 2023-cü ildən sonra itirilmiş Türkiyə istəmiriksə, Prezident Ərdoğanı seçmək üçün əlimizdən gələni etməliyik”.  (teleqraf.com)


Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar