SON XƏBƏRLƏR

Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi

2021.12.03, 22:50
Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi

Gunaz.tv

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Danışıq zamanı Türkiyə-Rusiya münasibətlərini yaxşılaşdıracaq məsələlər müzakirə edilib.

Telefon danışığında prezidentlər həmçinin Azərbaycan və Ermənistan arasında baş verən hadisələr, Suriya, Liviya və Ukrayna başda olmaqla regional məsələlər haqqında danışıb.
 
Türkiyə Prezidentinin xahişi ilə Vladimir Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçi görüşünün əsas nəticələri barədə məlumat verib.

Danışıqlar zamanı qeyd edilib ki, Bakı və İrəvanın regionda sabitliyin təmin edilməsi kontekstində qarşılıqlı fəaliyyətə, habelə iki dövlət arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılmasına hazırlığının təsdiqlənməsi vacibdir.

Bundan əlavə, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı praktiki məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

R.T.Ərdoğan Rusiyanın vasitəçilik rolunun vacibliyini qeyd edərək, səylərin gələcək koordinasiyasının, o cümlədən atəşkəs rejiminə və münaqişə zonasında bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin imkanlarından istifadə edilməsinin tərəfdarı olduğunu bildirib. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar