SON XƏBƏRLƏR

Rəcayişəhr zindanında daha 1 məhkum edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

2021.10.20, 07:36
Rəcayişəhr zindanında daha 1 məhkum edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

Gunaz.tv

GünazTV: İranın qətldə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha bir məhbus edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb.  

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 10 il əvvəl naməlum səbəbə görə qətl törədən və həmin vaxtdan Kərəcin Rəcayişəhr zindanında saxlanılan məhkum Mənuçehr İranşahi dekabrın 12-də edama hazırlıq üçün həbsxananın ümumi korpusundan təkadamlıq kameraya köçürülüb. Məhkumun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkilməsi gözlənilir.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar