SON XƏBƏRLƏR

RƏFSƏNCANİNİN QARDAŞI ƏHMƏDİNEJADI DİKTATORLUQDA GÜNAHLANDIRIB

2021.10.20, 07:36
RƏFSƏNCANİNİN QARDAŞI ƏHMƏDİNEJADI DİKTATORLUQDA GÜNAHLANDIRIB

Gunaz.tv
Məhəmməd Haşimi Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, Üləmalər Məclisinin rəhbəri ayətullah Haşimi Rəfsəncaninin qardaşı Məhəmməd Haşimi jurnalistlərlə söhbətində İran prezidenti Mahmud Əhmədinejadı qatı diktatorluqda günahlandırıb. İyunun 3-də İran Dövlət Televiziyasında prezidentliyə namizədlər - indiki prezident Mahmud Əhmədinejadla azərbaycanlı rəqibi Mirhüseyn Musəvi arasında debat keçirilib. Teledebatda Əhmədinejad keçmiş prezident Haşimi Rəfsəncaninin oğlanlarını iqtisadi mafiyada iştirakda və neft gəlirindən əldə edilən pulları mənimsəməkdə günahlandırıb. “Media forum” saytının məlumatına görə, Əhmədinejadın davranış və hərəkətini pisləyən M. Haşimi deyib: “O, bütün problemlərə təkbaşına özü sərəncam vermək istəyir. Onun Musəvi ilə teledebatda Məhkəmə Sisteminin mahiyyət ə vəzifəsinə əhəmiyyət verməməsi açıq-aşkar diktatorluq nişanəsidir. Əhmədinejad inqilabda əməyi olmuş böyüklərin ehtiram və hörmətini saxlamaq istəmir. O, diktatorlardan da bir addım irəli gedib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar