Rəfsəncaninin qızı Xamneyinin istefasını tələb edib: "İslam bizim ölkədə öz tarixinin ən pis dövr və vaxtını yaşayır"

14.01.2020, 12:37

GünazTV: İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəisi Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi, sosial şəbəkələrdə yaydığı bir səs yazısında ölkənin acınacaqlı durumuna toxunaraq, “dini lider” axund Əli Xamneyinin istefasını tələb edib.

 

Ölkənin idarəçiliyinin bərbad və acınacaqlı şəkildə olduğunu kəskin tənqid edən və cəmiyyətdə əsaslı dəyişikiklərin edilməsinə ehtiyac duyulduğunu bildirən Faizə Haşimi Əli Xamneyiyə səslənərək, onun könüllü olaraq hakimiyyətdən getməsini tələb edib. İranın hazırkı durumunun son dərəcə ağır olduğunu bildirən Rəfsəncaninin qızı deyib ki, ölkə hər baxımdan artıq çökmüş vəziyyətdədir: “Hər kəs üçün hökmranlıq etməyin bir həddi-hüdudu var. Cənab Xamneyi kifayət qədər hökmranlığını edib. Hesab edirəm ki, əgər o özü şəxsən ölkədə köklü və fundamental dəyişikliklərin aparılmasına, qüdrətin intiqalına şərait yaradılmasına təşəbbüs göstərsə, öz aqibətinin xeyirli olmasını təmin etmiş olar.

 

Cənab Xamneyi! Siz xalqa və cəmiyyətə baha başa gəlmədən ölkədə əsaslı və dərin dəyişiklər edilməsinə imkan yarada bilən yeganə şəxssiniz. Bunu isə, idarəçilik sisteminə heç bir dəxli olmayan digər meyarlar əvəzinə daxili və xarici siyasətdə əsl mütəxəssis qüvvələrdən istifadə etməklə başlamaq olar. Eynən Mixail Qorboçovun gördüyü iş kimi. Qorbaçov, Sovet İttifaqının yürütdüyü siyasətin nəticə vermədiyini, militarizm sektorundan başqa digər sahələrdə ölkənin və xalqın durumunun gündən-günə pisləşdiyini görəndən sonra yeni bir siyasətə üz tutdu.

 

Cənab Xamneyi! Bizim ciddi dəyişikliklərə ehtiyacımız var. Əgər siz bu cəmiyyətin lideri olaraq, ölkədə dəyişikliklər aparılmasını istəməsəniz başqa hadisələr baş verəcək. Axı, nə vaxta qədər repressiya, nə vaxta qədər öldürmək və nə vaxta qədər həbs və zindan?  Sözsüz ki, bu kimi üsullar da sonunda qədərini aşandan sonra öz təsirini itirəcək.

 

Cənab Xamneyi! Əgər demokratiyaya, insan hüquqlarına, düzgün idarəçilik üsullarına, layiq insanlardan istifadə olunmasına, İrana və iranlı olmağa, ölkə əhalisinin təhlükəsizliyinin təmin olunmasına və onların refaha qovuşmasına inanmırsınızsa, heç olmasa islamın nicatı üçün bir iş görün. Artıq özünüz də bilirsiniz ki, hazırda islam bizim ölkədə öz tarixinin ən pis dövr və vaxtını yaşayır və 41 il islam respublikasının hakimiyyəti dövründə islamın başına gələn bəla və oyunlar bir faciədir. Bundan başqa, bizim islam sistemi və hakimiyyəti adı altında hər gün atdığımız hər bir düşünülməmiş addım və yol verdiyimiz ardıcıl səhvlər də islamın adına yazılır, vəziyyəti indikindən də pisləşdirir.

 

Tarixdə yazılıb qalması üçün bunları demək və yeni nəsillərə çatdırmaq hamının borcudur. Bu da ona görə vacibdir ki, sonralar deməsinlər ki, biz bilmirdik. Niyə belə oldu, Bilmədik, bilsəydik belə olmasına imkan verməzdik” –deyə, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəisi ayətullah Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi, sosial şəbəkələrdə yaydığı bir səs yazısında əlavə edib.

 

Faizə Haşimi

 

Xatırladaq ki, İran rəsmilərinin üç gün inkardan sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah” raketi ilə vurulmasını etiraf etməsinin ardınca yanvarın 12-də ölkənin 17 əyalətinin iri şəhərlərində rejimə qarşı dinc etiralar keçirilib. Etirazlarda isə səsləndirilən şüarların çoxunda, “dini lider” Əli Xamneyi hədəfə alınıb.

 

Etirazçılar, “Bizim cındır liderimiz bizə bir utancdır”, “Süleymani qatildir, rəhbəri də qatildir, “Diktatora ölüm”, “Bişərəf, bişərəf, istefa, istefa”, “Xameneyi həya elə, məmləkəti rəha elə”, “Qardaşımı öldürəni öldürəcəyəm” və digər şüarlar səsləndirərək, Əli Xamneyinin istefasını tələb ediblər.

 

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20