SON XƏBƏRLƏR

Rəhim Qulami milli-mədəni fəal Yusif Kariyə həsr etdiyi şeirdə mübarizə yolunda dirənişə təkid edib - VİDEO

2021.10.20, 07:36
Rəhim Qulami milli-mədəni fəal Yusif Kariyə həsr etdiyi şeirdə mübarizə yolunda dirənişə təkid edib - VİDEO

Gunaz.tv

GünAz TV: Ərdəbil zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal, yazıçı və şair Rəhim Qulami öz əqidədaşı Yusif Kariyə şeir həsr edib.

 

Şeirdə mübarizə yolunda dirənişə təkid olunub. Məzmunca inamlı mübarizəni tərənnüm edən şeirdə vurğulanıb ki, bizim mübarizəmiz yeni mərhələyə qədəm qoyub. Artıq zindanın içi və ya çölü bizim üçün eyndir. Yetər ki, bir-birinə bağlanan ürəklər inandıqları yolda mübarizəni davam etdirsinlər.

 

Fəal şeirində tanınmış güney azərbaycanlı fəal Abbas Lisaninin sarsılmaz mübarizəsi və onun ilham mənbəyi olduğuna da işarə edib.

 

Yusif Kari ötən yayın son ayında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Qondarma ittihamlarla 6 il həbs cəzasına məhkum edilən fəal vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılma hüququndan məhrum edilib. Fəal hazırda Ərdəbil Mərkəzi Zindanının müvəqqəti təcridxanasında saxlanılır.

 

Rəhim Qulaminin şeirini öz dilindən olduğu kimi dinləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=2&v=YiA367rC1kU&feature=emb_logo

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar