SON XƏBƏRLƏR

Rejim “Təbriz 2018”-də Təbrizi fars şəhəri kimi təqdim etməyə çalışır

2021.10.20, 07:36
Rejim “Təbriz 2018”-də Təbrizi fars şəhəri kimi təqdim etməyə çalışır

Gunaz.tv

GünAz TV: Məlum olduğu kimi, Güney Azərbaycanın Təbriz şəhəri 2018-ci ilin islam dünyasının turizm paytaxtı seçilib, bunun üçün şəhərə heç bir büdcə vəsaiti ayırmayan İran rejimi fürsətdən istifadə edərək fars kimliyini yaymağa, Təbrizi fars şəhəri kimi təqdim etməyə çalışır.

 

Məlumata görə, İran Yüngül Atletika Federasiyası “Pars yüngül atletika 2018” adı altında beynəlxalq səviyyəli yarış keçirməyi planlaşdırır.

 

Bu barədə İranın rəsmi xəbər agentlikləri məlumat yayıb. İnformasiyaya görə, “Pars yüngül atletika 2018” yarışları Təbrizdə qarşıdakı payızda keçiriləcək.

 

Bundan əvvəl isə İran federasiyasının “Təbriz 2018” layihəsi münasibəti ilə “Təbriz marafonu – 2018” beynəlxalq səviyyəli yarış keçirəcəyi barədə vəd verilmişdir.

 

Hazırda həmin yarışın “pars” adı ilə, həm də Təbriz Bələdiyyəsinin vəsaiti hesabına keçiriləcəyi diqqət çəkməyə bilməz. İran rejimi hər bir fürsətdə Azərbaycan şəhərləri, o cümlədən Təbrizin tarixi və milli kimliyini təhrif etmək üçün müxtəlif vasitələrdən istifadə edir. Şübhəsiz ki, “Təbriz 2018” ilə bağlı da vəziyyət dəyişməyəcək. Rejim, “Təbriz 2018”-də Azərbaycan və Təbriz xarici turistlərə tanıdılmasın deyə tarixi layihənin açılış mərasimini dəfələrlə təxirə salıb, mərasim hələ də keçirilməyib.

 

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Nigeryanın paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar