SON XƏBƏRLƏR

Kreml: "Məsələnin həlli yalnız Qarabağla bağlı ümumi razılaşmaları yerinə yetirməkdədir"

2021.11.17, 13:14
Kreml: "Məsələnin həlli yalnız Qarabağla bağlı ümumi razılaşmaları yerinə yetirməkdədir"

Gunaz.tv

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Döyüşlərin yenidən başlaması ciddi narahatlıq doğursa da, Rusiyanın vasitəçiliyi sayəsində bunu dayandırmaq mümkün oldu. Rəsmi Moskva vasitəçilik səylərini davam etdirəcək. Məsələni yalnız Qarabağla bağlı ümumi razılaşmaları yerinə yetirməklə həll etmək mümkündür”, – o deyib.

D.Peskov Rusiya, Azərbaycan, Ermənistan liderləri arasındakı görüşün zəruri olduğunu, amma bunun üçün bütün tərəflərin razılıq verməsinin vacibliyini söyləyib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar