SON XƏBƏRLƏR

Rəsmi Ankara: Suriya rejiminə qarşı əməliyyatdan məmnunuq

2021.10.20, 07:36
Rəsmi Ankara: Suriya rejiminə qarşı əməliyyatdan məmnunuq

Gunaz.tv

GünAz TV: Rəsmi Ankara Amerika Birləşmiş Ştatları (ABŞ), Böyük Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsini yerində atılmış addım hesab edir.

 

Bu barədə Türkiyə Xarici İşlər nazirliyinin bəyanatında deyilir.

 

Bəyanatda bildirilir ki, əməliyyat Türkiyə tərəfindən məmnunluqla qarşılanıb.

 

“Türkiyə 7 aprel günü Dumada çoxlu sayda mülki şəxsin ölümünə yol açan kimyəvi silah hücumuna cavab olaraq ABŞ, İngiltərə və Fransanın bu gün səhərə yaxın Suriya  rejiminə qarşı təşkil etdiyi əməliyyatı düzgün reaksiya kimi qiymətləndirir. Bu əməliyyatı məmnunluqla qarşılayırıq. Kimyəvi silahlar da daxil olmaqla, kütləvi qırğın silahları ilə mülki şəxsləri hədəf alan hücumlar insanlığa qarşı cinayətdir. Yeddi ildən çoxdur ki, istər adi silahlar, istərsə də kimyəvi silahlarla öz xalqına zülm edən Suriya  rejiminin insanlığa qarşı cinayətləri, eləcə də hərbi cinayətləri ortadadır. Beynəlxalq ictimaiyyətin vicdanında bu məsələdə şübhə yoxdur. Türkiyə bu cür cinayətlərin cəzasız qalmaması və günahkarların cəzalandırmasının bənzər hadisələrin təkrarının qarşısının alınması baxımından kritik önəmə sahib olduğuna inanır”, - deyə açıqlamada bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar